Tramp kriptovalyutalardan milyardlar qazanır və BƏƏ-dən vəsait alır

Redaktor

14.05.2025 00:05
330

Tramp kriptovalyutalardan milyardlar qazanır və BƏƏ-dən vəsait alır

ABŞ prezidenti Donald Tramp "World Liberty Financial" (WLFI) adlı şirkət yaradıb və bu şirkət vasitəsilə USD1 adlı kriptovalyutanı buraxaraq təşviq edir. 

Valyuta.az "Bild"ə istinadən xəbər verir ki, bu steyblkoinlə aparılan əməliyyatlar artıq kriptobazarın iri iştirakçıları tərəfindən aktiv şəkildə istifadə olunur. Belə ki, 2025-ci ilin martında Birləşmiş Ərəb Əmirliklərinin dövlət investisiya şirkəti MGX dünyanın ən böyük kriptobirjası olan "Binance"ə 2 milyard dollar sərmayə yatırıb və bu, məhz USD1 vasitəsilə həyata keçirilib.

USD1 - ABŞ dollarına bağlanmış sabit məzənnəli (stabil) kriptovalyutadır. Əslində, bu investisiyalar Trampın USD1-i nəzarətində saxlayan şəxsi şirkəti vasitəsilə həyata keçirilir. Steyblkoin bazara daxil olaraq likvidlik qazanır və bu, ABŞ prezidentinə USD1-i demək olar ki, risksiz şəkildə investisiya etməyə və milyonlarla gəlir əldə etməyə imkan verir.

WLFI-nin qazancının 75 faizi Tramp ailəsinə (Donald Tramp və oğullarına) çatır. Qalan hissəni isə onun yaxın dostları - Stiv Uitkoff, eləcə də WLFI-nin təsisçiləri Zak Folkman və Çeyz Herro əldə edir.

Məsələ burasındadır ki, Trampın şəxsi şirkəti faktiki olaraq BƏƏ-dən vəsait alır və bu, onun siyasi qərarlarına təsir göstərə bilər. ABŞ Senatının üzvü Elizabet Uorren bu vəziyyəti “müasir tarixdə ən böyük korrupsiya qalmaqalı” adlandırıb. Senatda prezidentlərin və onların ailə üzvlərinin kriptovalyuta buraxmasını və ya reklam etməsini qadağan edən qanun layihəsi təklif olunub.

Bundan əlavə, ABŞ Senatında Tramp üçün mühüm sayılan GENIUS qanun layihəsi – steyblkoinləri, o cümlədən USD1-i tənzimləyəcək ilk qanun – səsvermədə rədd edilib. On bir demokrat senator gözlənilmədən bu təşəbbüsə qarşı çıxıb.

Senator Kris Mörfi Trampı korrupsiyada ittiham edib və TRUMP adlı memkoini “prezidentin tarixdəki ən korrupsiyalaşmış addımlarından biri” adlandırıb. Bildirilib ki, Tramp bu kriptovalyutanın 80 faizinə sahibdir və onu prezident statusundan istifadə edərək təşviq edib. Belə ki, TRUMP-un 25 ən iri investoru prezidentlə eksklüziv şam yeməyinə və Ağ Evə ekskursiyaya dəvət olunub.

Ağ Ev isə Trampın şəxsi qazanc əldə etdiyi iddialarını rədd edir. Prezidentin mətbuat katibi “Axios” portalına verdiyi açıqlamada bildirib:
“Prezident aktivlərini ailə etibar fondunda yerləşdiriba. Maraqlar toqquşması yoxdur”.

Donald Tramp isə özünü belə müdafiə edib: “Mən kripto ilə məşğul olmağa seçkilərdən çox əvvəl başlamışam”.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Məzənnə

Yüklənir...