Redaktor
Texasda "ağ qızıl" tapıldı: Enerji bazarını dəyişə biləcək kəşf
ABŞ-ın Texas ştatında təbii hidrogen yataqları aşkarlanıb. Mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, səhralıq ərazilərdə 280 min tona yaxın ehtiyat mövcuddur.
Valyuta.az xəbər verir ki, "ağ qızıl" adlandırılan bu resursun əsas xüsusiyyəti aşağı maya dəyəri və minimal karbon tullantıları ilə əldə olunmasıdır. Hidrogenin formalaşması yeraltı suların dəmir tərkibli süxurlarla təbii reaksiyası nəticəsində baş verir.
Layihəni "HyTerra" şirkəti həyata keçirir. "Nemaha" adlı layihə 291 kvadrat kilometr ərazini əhatə edir və artıq ilk qazma işlərində təbii hidrogenlə yanaşı helium nümunələri də aşkarlanıb. Helium yüksək texnoloji avadanlıqların istehsalında mühüm əhəmiyyət kəsb edir.
Şirkətin hesablamalarına görə, bu yataq bərpa olunan enerji sektorunda dönüş yarada bilər. Hidrogenin istifadəsi enerji, nəqliyyat, tikinti və kənd təsərrüfatı kimi sahələrin dekarbonizasiyasına mühüm töhfə verəcək.
Texasda paralel olaraq "Hydrogen City" adlı daha bir nəhəng layihə də həyata keçirilir. Bu layihə hər il günəş və külək enerjisinə əsaslanaraq 280 min ton "yaşıl" hidrogen istehsal etməyi planlaşdırır.
Ekspertlərin fikrincə, bu təşəbbüslər ABŞ-ın karbon emissiyalarını azaltmaqla yanaşı, ölkəni bərpa olunan enerji sahəsində dünya liderlərindən birinə çevirə bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025