Redaktor
Təhlükəsizlik göstəriciləri ən pis olan 10 sərnişin təyyarəsi - SİYAHI
2024-cü ildə dünyada 40 milyondan çox müntəzəm uçuş həyata keçirilib və bu, əvvəlki ilə nisbətən 10,4% artım deməkdir. Aviasiya həm təhlükəsiz, həm də sürətli nəqliyyat növü kimi qalsa da, zaman-zaman qəzalar da baş verir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, son 5 ildə ölümcül qəza göstəricisi hər 810.000 uçuşa bir qəza səviyyəsinə enib.
Valyuta.az xəbər verir ki, "Slashgear" portalı "Boeing"in 1959-cu ildən bəri apardığı statistik hesabatlara əsaslanaraq, sərnişin təyyarələri arasında ən aşağı təhlükəsizlik göstəricilərinə malik olan 10 modeli açıqlayıb. Siyahı ölümcül qəzalarda həyatını itirən sərnişinlərin sayına görə tərtib olunub.
10. Airbus A350
Müasir və təhlükəsiz təyyarələrdən biri hesab olunur. İndiyə qədər yalnız bir ölümcül qəza qeydə alınıb - 2 yanvar 2024-cü ildə "Japan Airlines" təyyarəsi sahil mühafizəsinə məxsus DHC-8 ilə toqquşub. A350-nin ölümcül qəza göstəricisi: 0,59.
9. Airbus A300
Bu modelin iştirak etdiyi bir neçə böyük qəza olub. Ən faciəlilərindən biri "China Airlines"in 140 saylı reysi ilə baş verib – 264 nəfər həlak olub. A300-ün göstəricisi: 0,63.
8. British Aerospace 146 / Avro RJ
1993-cü ildə Çin İnçuan hava limanında baş vermiş qəza nəticəsində 55 nəfər həlak olub. Təyyarənin göstəricisi: 0,66.
7. Boeing 727
1986-cı ildə Meksikada baş vermiş faciə zamanı 167 nəfər həyatını itirib. Təyyarənin ölümcül qəza göstəricisi: 0,72.
6. McDonnell Douglas DC-9
1969-cu ildə ABŞ-da baş vermiş toqquşma zamanı 83 nəfər həlak olub. Təyyarənin göstəricisi: 0,77.
5. Boeing 737-100/200
Uğurlu model olsa da, keçmiş versiyaları ölümcül qəzalarla yadda qalıb. İndoneziya və Efiopiyada baş vermiş hadisələrdə bütün sərnişinlər həlak olub. Təyyarənin göstəricisi: 0,87.
4. McDonnell Douglas DC-10 / Boeing MD-10
1979-cu ildə Çikaqoda baş vermiş qəza zamanı 273 nəfər ölüb. Təyyarənin göstəricisi: 1,28.
3. McDonnell Douglas MD-11
1998-ci ildə Kanadanın Halifax şəhəri yaxınlığında 229 nəfərin öldüyü qəza ilə yadda qalıb. Təyyarənin göstəricisi: 1,56.
2. Airbus A310
2000-ci ildə Fil Dişi Sahilində 169 nəfərin öldüyü faciə baş verib. Təyyarənin göstəricisi: 1,89.
1. Fokker F-28 Fellowship
İstehsalı 1987-ci ildə dayandırılsa da, hələ də bəzi hərbi hava qüvvələri tərəfindən istifadə olunur. 1981-ci ildə baş vermiş qəzada 17 nəfər ölüb. Təyyarənin ölümcül qəza göstəricisi: 2,31.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026