Redaktor
Süni intellekt startapının sərmayəsi 60 milyon dollara çatdı
ABŞ-da fəaliyyət göstərən "AUI" startapı 20 milyon dollarlıq sərmayə turunu yekunlaşdırıb.
Valyuta.az xəbər verir ki, 2017-ci ildə təsis edilən "AUI"nin ümumi sərmayə məbləği 60 milyon dollara çatıb.
Şirkətin dəyəri isə 750 milyon dollar səviyyəsində qiymətləndirilir. Yeni cəlb edilən vəsait şirkətin fəaliyyətini genişləndirmək və əsas məhsulu olan "Apollo-1" modelinin inkişafını sürətləndirmək məqsədilə istifadə olunacaq.
"AUI" startapı Ohad Elxelo və Ori Kohen tərəfindən yaradılıb. Şirkət, böyük dil modellərinin öyrənmə və dil yaratma qabiliyyətlərini simvolik məntiqin qaydayönlü dəqiqliyi ilə birləşdirən neyro-simvolik modellər hazırlayır. Bu yanaşma süni intellektin yalnız mətn yaratmaqla kifayətlənməyib, mürəkkəb tapşırıqları təhlükəsiz, yoxlanıla bilən və qaydalara uyğun şəkildə yerinə yetirməsinə şərait yaradır.
"AUI"nin əsas məhsulu olan "Apollo-1" modelinin məqsədi tərtibatçılar və təşkilatlara sifarişlərin idarə olunması, sığorta əməliyyatları və pasiyent qeydiyyatı kimi çoxmərhələli prosesləri yerinə yetirə bilən danışıq agentləri hazırlamaq imkanı təqdim etməkdir. Modelin arxitekturası istifadəçidən gələn təbii dili sinir şəbəkələri vasitəsilə analiz edir, onu simvolik vəziyyətə çevirir və növbəti addımı əvvəlcədən müəyyən olunmuş qaydalar çərçivəsində təyin edir. Bu yanaşma süni intellektin təsadüfi deyil, məntiqi ardıcıllıq daxilində işləməsini təmin edir.
Şirkət səhiyyə, maliyyə, sığorta və pərakəndə kimi yüksək tənzimləmə tələbləri olan sahələrdə insanabənzər təbii danışıq qabiliyyətinə malik, eyni zamanda maşın səviyyəsində etibarlı qərarvermə imkanına sahib, nəzarət edilə bilən və izah oluna bilən süni intellekt köməkçiləri hazırlamağı qarşıya məqsəd qoyub.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025