Süni intellekt "Spotify"də milyonlarla dinləyicini necə aldatdı?

Redaktor

12.11.2025 17:40
253

Süni intellekt "Spotify"də milyonlarla dinləyicini necə aldatdı?

Süni intellektin yaratdığı məzmunların yüksəlişi musiqi dünyasında yeni bir mərhələyə çatıb. 

Valyuta.az xəbər verir ki, süni intellekt tərəfindən hazırlanmış bir kantri mahnısı "Billboard"un "Country Digital Song Sales" siyahısında birinci yerə yüksələrək alqoritmlərin artıq əsas axında kommersiya uğuru qazana bildiyini sübut edib.

Oktyabr ayında sosial şəbəkələrdə ortaya çıxan süni intellekt dəstəkli "Breaking Rust" adlı “qrup” ötən həftə "Walk My Walk" mahnısı ilə siyahıların zirvəsinə çıxıb. Qrupun sosial media səhifələrində real bir musiqiçinin varlığına dair heç bir konkret dəlil yoxdur — yalnızca kəskin çənəli, rəqəmsal mühitdə yaradılmış bir kovboy fiquru və insana bənzər videokliplər paylaşılır.

"Breaking Rust"ın mahnıları sadə və məzmunsuz sözlərə malik olmaqla yanaşı, bir-birinə çox oxşayır. Bu da qrupun son on ildə “bro country” adlanan, kamyonlar və klişe Amerika mövzularını əhatə edən musiqi üslubunu təkrarladığını göstərir.

Layihənin süni intellekt olduğu necə məlum olub?

Bu məlumatı birbaşa "Billboard" yayımlayıb. Jurnalın hesabatında deyilir: “Süni intellekt dəstəkli kantri qrupu "Breaking Rust", "Emerging Artists" siyahısına 9-cu yerdən daxil olub".

Mahnının müəllifi kimi göstərilən Obyer Rivaldo Teylorun isə internetdə demək olar ki, heç bir izi yoxdur və yalnız "Breaking Rust" və daha açıq məzmunlu "Defbeatsai" adlı başqa bir süni intellekt qrupu ilə əlaqələndirilir. Teylorun real şəxs olub-olmaması da hələlik məlum deyil.

Musiqiçilər niyə narahatdırlar?

"Breaking Rust" qısa müddətdə heyrətamiz kommersiya uğuru qazanıb. "Walk My Walk" mahnısı "Spotify"da 3 milyondan çox dinlənilib, daha populyar olan "Livin' On Borrowed Time" isə 4,1 milyonu keçib. Qrupun aylıq 2 milyondan çox dinləyicisi var və onların çoxu bu musiqinin kompüter tərəfindən yaradıldığından xəbərsiz görünür.

Dinləyicilər "Instagram" paylaşımlarında “Hazırda hardasa səfərdəsiniz?” və ya “Bu mahnı ruhuma toxundu” kimi şərhlər yazaraq, kompüter tərəfindən yaradılmış səsin nə qədər təsirli olduğunu heyrətlə ifadə edirlər.

Bütün "Breaking Rust" mahnılarının eyni ritm, eyni tempo və eyni alətlər üzərində qurulması layihənin məqsədini açıq şəkildə göstərir: İndiyədək yazılmış bütün “bro country” mahnılarının formullarını öyrənmiş bir yapay zəkaya əmrlər verərək, ən geniş dinləyici kütləsinə xitab edən sadəlövh və ümumi musiqilər yaratmaq.

Amerika kantri musiqisini sevsəniz də, sevməsəniz də, bu uğur musiqi şirkətlərinin niyə süni intellekt layihələrinə qarşı məhkəməyə müraciət etdiyinin əsas səbəbini nümayiş etdirir. Böyük leyblər və musiqi nəşriyyatları bildirirlər ki, süni intellekt alətləri müəllif hüquqları ilə qorunan əsərlər üzərində öyrədilir və nəticədə ortaya çıxan mahnılar orijinal əsərlərə həddindən artıq bənzəyir.

"Breaking Rust"ın "Billboard" siyahılarında zirvəyə qalxması (bir kantri musiqi nəşrinə görə bunun üçün təxminən 3 min satış kifayətdir) bəzi tənqidçilər tərəfindən insan sənətkarlara qarşı hörmətsizlik kimi qiymətləndirilir. İstər vizual, istərsə də səs sənəti olsun, sənətkarların süni intellektin sənəti məhv etməsindən narahat olmalarının səbəbi getdikcə daha aydın görünür.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Məzənnə

Yüklənir...