Stiv Cobs ən yaxşı işçiləri digərlərindən necə seçirdi?

Redaktor

09.12.2025 12:45
92

Stiv Cobs ən yaxşı işçiləri digərlərindən necə seçirdi?

1979-cu ildə “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobbs “Xerox PARC”ı (Palo-Alto Tədqiqat Mərkəzi) ziyarət edib. Bu səfər onun ideal əməkdaş barədə təsəvvürlərini dəyişib.

Valyuta.az xəbər verir ki, bu barədə Inc.com yazır.

“Ən yaxşı mütəxəssislərimizi bir araya gətirdim və onlara qrafik interfeys üzərində işləməyi tapşırdım. Problem ondadır ki, “Hewlett-Packard”dan işə götürdüyümüz bir qrup əməkdaş bu ideyanı anlamadı. Ekranın aşağısında proqram düymələri yaratmağın ən yaxşı həll olduğunu düşünənlərlə sərt mübahisələrimi xatırlayıram. Onların proporsional şriftlər barədə təsəvvürü yox idi. Siçan haqqında da anlayışları yox idi”, deyə Cobbs müsahibələrindən birində danışıb.

“Apple”ın həmtəsisçisi əlavə edib ki, həmin dövrdə çoxlu skeptiklər siçanın hazırlanmasının beş il çəkəcəyini və istehsalının 300 dollara başa gələcəyini iddia edirdi. O, nəticədə “David Kelly Design”a müraciət etdiyini və cəmi 90 gün ərzində şirkətin 15 dollara istehsal edə biləcəyi "siçan"ın hazırlandığını bildirib.

“Apple”da bu ideyanı reallaşdıra bilən insanlar yox idi. Əsas komanda vardı, amma daha böyük komanda bunun nə olduğunu heç cür anlamırdı”, deyə Cobbs vurğulayıb.

Onun sözlərinə görə, bir çox böyük şirkətlərdə mürəkkəb işin böyük hissəsini görən və bunu yüksək səviyyədə edən öz “superulduzları” olur.

“Mən müəyyən etdim ki, ən yaxşı insanlar işin mahiyyətini doğrudan da anlayanlardır. Onları idarə etmək çox çətindir. Amma bununla barışırsan, çünki onlar öz sahələrində o qədər yaxşıdırlar. Məhz bu, məhsulları mükəmməl edir. Məsələ prosesdə deyil. Məsələ məzmundadır”,  deyə Cobbs izah edib.

Stiv Cobbsdan həqiqi intellektin sirri

Xatırladaq ki, “Apple”ın həmtəsisçisi Stiv Cobbs insanı ağıllı edən amilin nə olduğunu da izah etmişdi. Onun sözlərinə görə, intellekt – ideyaları əlaqələndirmək və başqalarının görmədiyi bağı tapmaq bacarığıdır.

“Qeyri-adi həllər tapmaq üçün hər kəsin malik olduğu təcrübənin eynisinə sahib olmamalısan. Fərqli təcrübələr ideyaları yeni şəkildə birləşdirməyə imkan verir”, deyə Cobbs bildirmişdi.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib - YENİLƏNİB

09.12.2025

İşsizlikdən sığorta ödənişləri: ən çox müraciət olunan bölgələr

09.12.2025

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

09.12.2025

Azərbaycana gətirilən köhnə avtomobillər üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub

09.12.2025

Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub

09.12.2025

Deputat: "Milli iqtisadiyyata xarici sərmayələr daha çox cəlb ediləcək"

09.12.2025

"Regional Su Meliorasiya Xidməti" 18 milyonluq sifariş verdi

09.12.2025

Bu 5 bank müştərilərə daha yüksək məbləğdə nağd kredit verir

09.12.2025

Bakı metrosu sabah daha çox işləyəcək

09.12.2025

Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı ®

09.12.2025

Pensiyalar bu tarixdə ödəniləcək

09.12.2025

Bankların dollar alışı azalıb, satışı artıb

09.12.2025

Bu şəxslər TikTok-dan milyonlar qazanır

09.12.2025

Ağıllı düşünmə qabiliyyətinə malik süni intellekt modelləri 100 dəfə çox enerji sərf edir

09.12.2025

Tramp süni intellektlə bağlı vahid qaydaları təsdiqləməyə hazırlaşır

09.12.2025

Mehdiyevlərə məxsus şirkətdə qalmaqal: Bir kreditin 31 min manat xərci ola bilərmi? - FOTO

09.12.2025

Meşə fındığı ixracı 30%-dən çox artıb

09.12.2025

2026-da yollara çıxacaq ən güclü 5 lüks avtomobil - FOTO

09.12.2025

Sabahın hava proqnozu

09.12.2025

Məzənnə

Yüklənir...