Startapda uğursuz olmamaq üçün bunları bilmək vacibdir - EKSPERT

Redaktor

19.03.2025 23:25
474

Startapda uğursuz olmamaq üçün bunları bilmək vacibdir - EKSPERT

Startaplar innovativ biznes ekosisteminin ayrılmaz hissəsinə çevrilib və yeni ideyaların reallaşmasına imkan yaradır. Lakin hər startap gözlənilən nəticəni vermir. Bəzən güclü olmasına baxmayaraq uğursuz ola bilir. Startapların uğursuz olmasına təsir göstərən amillər hansılardır? Startapda uğursuz olmamaq üçün, riski azaltmaq üçün nə etməliyik?

Valyuta.az-a danışan “Mediamark” Rəqəmsal Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, startapa başlamaq tamamilə bir həyəcandır: “Bir adam startapa başlamaq qərarı alırsa, həyəcanlı, maraqlı bir prosesin içinə daxil olmuş olur. Dünyanın bir çox yerlərində, eynilə Azərbaycanda innovativ həllər, startaplar görürük.Yeni, inkişaf etməkdə olan innovasiya ekosisteminə həm ölkə daxilində, həm də regional və ya qlobal olaraq töhfələr verməyə çalışan məkan olaraq buradakı startapçılar da müxtəlif startaplar başladır. Startapın fərqi odur ki, startapların uğursuz olma ehtimalı çox olur. Startap ənənəvi biznes deyil. İnsan biznesi başladır, idarə edə bilirsə,  80% iş gedəcək, başqasının qazandığı rəqəmi aşağı-yuxarı qazanacaq. Bu ənənəvi biznesdə olur".

Startap fərqlilik istəyir

O.Rzayev deyir ki, startapda isə fərqli nə isə verməlisən, yaxud da mövcud olan bir biznesdə, fikrə fərqli bir həll yolu, biznes modeli başlatmalısan: "Burada startapın uğurlu olma ehtimalı sual altında olur. Prosesin necə idarə olunması, potensial müştərilərlə kommunikasiyanın necə qurulması, brendə qarşı güvənin yaradılması, necə böyüdülməsi və.s kimi proseslər startaplar üçün önəmlidir. Adətən çətin olur, gözləmədiyin situasiyalarla qarşılaşırsan. Ona görə startapların uğursuz olma faizi daha çox olur".

Hər biznes startap ola bilməz

O.Rzayev deyir ki, uğurlu olan az faiz ki var, onlar da uğurlu olanda həddən çox böyümə potensialı olur: “Startapın ənənəvi biznesdən fərqi odur ki, startapın böyümə faizi həddən artıq çox olur. Məsələn, bu il qurduğun biznes sənə 5x gəlir gətirirsə, 3 il sonra 500x ola bilir. Ola bilər ki, startap 3, 5, 7 il pul gətirmir. Amma bir yerə çatandan sonra pul gətirir və illər artdıqca maliyyə artır. Azərbaycanda insanlar onlayn alış-veriş saytı yaradanda da adını startap qoyur. Dünya praktikasında isə - artıq 2025-ci ildən danışırıqsa - kimsə alış-veriş saytı yaradırsa, buna startap deyilmir. 20-30 il qabaq startap sayıla bilərdi. Çünki əvvəllər innovativ sayılırdı. Amma indiki dövrdə ənənəvi biznesdir. Çünki hər kəs məşğul ola bilər, təkrarlanan biznesdir. Nümunə kimi deyə bilərik ki,bir veb sayt qurulur. Startap üçün qurulan vebsayta daxil olduqda orada bir Aİ asistant çıxır. Asistant bu gün nə hiss edirsən sualını verir. Sizin hissinizə uyğun dizaynı köynəyin üzərinə çap edir. Ünvanı yazırsınız, və köynəyi sizə göndərir. Sloganın da adını qoymaq olar ki, hiss etdiyini geyin. Belə bir platforma yaradılarsa, buna startap deyə bilərik”. 

Startap üçün uğurlu faktorları bilmək lazımdır

O.Rzayev qeyd etdi ki, startapın uğurlu olması üçün uğura təsir edən faktorları mümkün qədər yaxşı idarə etmək lazımdır: “Burada təsisçi, komanda, ideya, məhsul, maliyyə, zaman və.s. Bunların hər birini nə qədər yaxşı idarə edə bilsən, startapın uğurlu olma ehtimalı böyükdür. Eyni zamanda startapda yeniliklər olduğu üçün gözlənilməz problemlərlə qarşılaşmalı olursan. Belə olanda həll yolunu tapmağı öyrənirsən və bu halda startapın inkişaf edə bilir. Ona görə də, burada təsisçinin intellekt səviyyəsi, bacarığı, professionallığı, komandanın eyni ab-havada olması, həmçinin məhsulun keyfiyyəti, inkişaf tempi, investorların münasibəti və.s startaplara təsir edir".

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

5 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib

12.03.2026

Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR

12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

12.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər

12.03.2026

"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb

12.03.2026

Məzənnə

Yüklənir...