Redaktor
Son 5 ildə sığorta şirkətləri nə qədər itirib?
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən ümumilikdə 432 milyon 198 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76 milyon 114 min manat və ya 21,37% çoxdur.
2024-cü ilin ilk altı ayında sığorta ödənişləri 356 milyon 84 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 225 milyon 32 min manat olub. Beləliklə, 2024-cü ildə 2023-cü ilə nisbətən sığorta ödənişlərində 131 milyon 52 min manat və ya 58,23% artım qeydə alınıb.
2022-ci ilin yanvar-iyun aylarında sığorta şirkətləri tərəfindən ümumilikdə 174 milyon 923 min manat məbləğində ödəniş həyata keçirilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 73 milyon 277 min manat və ya 29,52% azalma deməkdir. 2021-ci ilin ilk yarısında ödənişlərin ümumi həcmi 248 milyon 200 min manat olub.
2020-ci ilin yanvar-iyun aylarında isə sığorta ödənişləri 188 milyon 351 min manat təşkil edib. Növbəti il bu göstərici 59 milyon 849 min manat artaraq, 248 milyon 200 min manata çatıb, artım faizi 31,77% olub.
Son 5 ilin statistikasına əsasən, sığorta ödənişlərində artım tendensiyası müşahidə olunur. Əgər 2020-ci ilin ilk yarısında ödənişlər 188 milyon manat idisə, bu il bu rəqəm artıq 432 milyon manatı ötüb. Bu isə 5 il ərzində 243 milyon 847 min manat və ya 129,48% artım deməkdir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025