Şirkətlərin vizyonu necə müəyyənləşdirilir? - SƏHƏR OXUSU

Redaktor

05.08.2025 08:30
249

Şirkətlərin vizyonu necə müəyyənləşdirilir? - SƏHƏR OXUSU

Hamımız hər zaman müxtəlif situasiyalarla bağlı xəyallar qururuq. Amma çox vaxt bu fantaziyaları boğmağı və özümüzü məhdud bir reallığa fokuslamağı öyrədirik. Şübhəsiz ki, xəyalları reallaşa biləcək formaya salmaq sağlam, faydalı və məqsədyönlüdür. Axı arzularımızla reallığı uyğunlaşdırmaqda uğursuzluq yaşasaq, hərəkətsiz qalırıq.

Amma daha az məhdudlaşdırıldıqda vizionun faydalı ola biləcəyi bir yer varmı? Elə görünür ki, var. Forbes jurnalına görə, işlədiyi şirkətin vizionunu mənalı hesab edən işçilərin ortalama şirkətə bağlılığı 68%-dir. Halbuki bu vizionu mənalı hesab etməyənlərdə bu göstərici 18% daha azdır. Bu isə doğrudan da böyük fərqdir! Bundan başqa, işçilərin 70%-i şirkətlərinin vizyonunu tam anlamır. Bu isə yalnız işçi bağlılığı üçün pis deyil, həm də onların təyin olunmuş məqsədlərə mənalı yanaşmamasına gətirib çıxarır. Nəticədə isə görülən işlərin ümumi strategiya ilə uyğunlaşdırılması qeyri-mümkün olur.

Vizyonunuzu aydın şəkildə müəyyənləşdirməyin bir hissəsi də onun nə olmadığını izah etməkdir. Vizyon şirkətinizin missiyası deyil. Missiya artıq əsasları qoyulmuş, gündəlik fəaliyyətlərin cəmini təşkil edən bir anlayışdır. İşçilərin yerinə yetirdiyi tapşırıqlar və konkret məqsədlər missiyanın bir hissəsidir. Şirkət vizyonu isə bu missiyadan doğan mənadır.  Təşkilatınıza gələcəkdə haraya gedə biləcəyi barədə böyük ideyalar verir. Həmçinin vizyon bir strategiya da deyil. Strategiya “necə” sualına cavab verir, vizion isə “harada” və “nə” suallarına əsaslanır. Fizikaya əsaslansaq, strategiya sizi hərəkətə gətirən dişli çarxlardır, vizyon isə maşının modeli və çatmaq istədiyiniz nöqtədir.

Bu üçü – missiya, strategiya və vizyon zəruridir və bir-birini tamamlayır. Onlardan birinin olmaması sizi hədəfə çatmaqdan məhrum edəcək. Bəs vizionunuzu necə müəyyənləşdirər və şirkətinizlə necə uyğunlaşdırarsınız? Cavab çox sadədir,  vizyon bəyanatı ilə. Vizyon bəyanatı həm cazibədar, həm də gələcəyə yönəlik olmalıdır. Lakin eyni zamanda geniş bir auditoriyanı hərəkətə gətirəcək qədər sadə və əsaslı qurulmalıdır.

Valyuta.az şirkət vizyonunuzu müəyyənləşdirmək üçün 7 sadə addımı təqdim edir:

Məqsədlərinizi müəyyənləşdirin

Düzgün məqsədlər qoymaq bir sənətdir. Bu işi uğurla edənlər deyərlər ki, məqsəd müəyyənləşdirmək, mümkün olanın da fövqündə nəticələr əldə etməyə kömək edir. Bu yalnız hara çatmaq istədiyinizi deyil, sizi oraya aparacaq addımları da əhatə edir.

Diqqət etdinizsə, bu addımlar daha əvvəl vizionun deyil, strategiyanın tərkib hissəsi kimi qeyd olunmuşdu. Bu da bir daha göstərir ki, missiya, strategiya və vizion bir-birindən ayrılmazdır. Əgər məqsəd müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, Locke və Lathamın məqsəd təyin etmə prinsipləri sizə kömək edə bilər.

Şirkət dəyərlərinizi nəzərə alın

Hər bir şirkətin açıq və ya gizli dəyərləri mövcuddur. Vizyon yaratmaqda əsas çətinliklərdən biri də bu dəyərləri aydınlaşdırmaqdır. Bunlar sadəcə “innovasiya” və ya “əlaqə” kimi bir kəlmə ilə ifadə oluna bilər. Və ya “Hər kəs üçün təhsilə çıxış” və ya “Sağlamlıq xidmətlərinə şəxsi toxunuş” kimi cümlə şəklində ola bilər. İç dünyanı kəşf edərək hansı dəyərlərə sahib olduğunuzu və ya olmaq istədiyinizi anlamaq vizyonun formalaşmasında vacibdir. Bu dəyərləri məqsədlərinizlə yan-yana qoyun və qarşılıqlı əlaqələrini dəyərləndirin.

Vizyonun təməli olaraq missiyanızı müəyyənləşdirin

Əgər hüquq firması işlədirsinizsə, vizionunuzun restoran şəbəkəsi qurmaq olması mənasızdır. Bu, kəskin və absurd bir nümunədir, amma mesajı budur: vizyon hazırda uğurla etdiyiniz işin təbii bir əlaqəsi olmalıdır.

Əgər hələ bir missiya bəyanatınız yoxdursa, onu yazın. Sonra artıq müəyyən etdiyiniz məqsədlər və dəyərlərlə birgə yenidən nəzərdən keçirin. Bu üç komponent – missiya, məqsədlər və dəyərlər vizyonunuzu formalaşdıran əsaslardır.

Sadə bir vizyon yaradın

Sadə vizion iki məqsədə xidmət edir:

1.    İşçilər onu asanlıqla anlayar və mənimsəyər.
2.    Sadə vizyon hədəfə çatmaq şansını artırır.

Əgər vizyon çox mürəkkəbdirsə, bu, diqqətinizi yayındıracaq, enerjinizi parçalayacaq və nəticədə sizi istənilən yerə aparmayacaq.
Vizyonunuzun hansı hissələrinin mütləq vacib olduğunu müəyyənləşdirin. Lazımsız olanları çıxarın.

Qeyri-müəyyən olmayın

Bu, çətin olsa da, aydın və dəqiq olmaq çox vacibdir. Elə olmalıdır ki, vizyonunuzu beş fərqli şəxsə göstərsəniz, hamısı eyni mənanı çıxarsın.
Vizyonunuzu kağıza yazın, səsli oxuyun. Sonra təkrar gözdən keçirin. Bu, sizə qeyri-müəyyənlikləri görməkdə kömək edəcək.
Bir neçə gün sonra vizyonu yenidən oxuyun, Bu şəkildə dəqiqlik qazandırma prosesi təkrarlanmış olacaq.

Gələcəyə baxın

Vizyon gələcəyə yönəlik olmalıdır. Bu həm sahənizin gələcəyini, həm də öz biznesinizin necə davam edəcəyini düşünmək deməkdir.
Davamlı şəkildə böyüməyən bir vizyon sizi geridə qoya bilər. İşinizi gələcəkdə necə davam edəcəyiniz təxmin edin və uzunmüddətli dayanıqlılığı nəzərə alın.

Planlı davranın

Gələcəyə yönəlik olsa da, bu “vaxtsız” baxmaq anlamına gəlmir. Müəyyən mərhələlər və tarixlər təyin edin. Həm konkret məqsədlər, həm də vizionun daha qeyri-müəyyən hissələri üçün. Bu, vizyon və məqsəd qoyma anlayışlarının birləşdiyi yerdir. Kiçik mərhələlərlə irəliləyərək, sonunda böyük məqsədə çatırsınız.

Vizyon hazırkı vəziyyətinizin gələcəyə dair ümidləridir. Onu yazın ki, bu ümidləri gerçəyə çevirəsiniz.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...