Şirkətin nizamnamə kapitalı 10 manatdan az ola bilər?

Redaktor

21.08.2025 14:01
332

Şirkətin nizamnamə kapitalı 10 manatdan az ola bilər?

Xəbərlərdə tez-tez belə cümlələr görürük: "20 qəpiklik nizamnamə kapitalı olan şirkət ləğv edildi" və ya "10 manatlıq nizamnamə kapitalı olan şirkət iflas etdiyini elan etdi".

Belə hallarda sual yaranır: Nizamnamə kapitalı nədir, necə müəyyən olunur? Ən əsası bir şirkətin kapitalı bu qədər az ola bilərmi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Rauf Qarayev bildirdi ki, nizamnamə kapitalı hüquqi şəxsin dövlət qeydiyyatından keçmiş təsis sənədlərində göstərilən minimum əmlak məbləğidir: “Hər bir ictimai və beynəlxalq təşkilatın nizamnaməsi mövcuddur. Nizamnamə kapitalı təsisçilər, payçılar və səhmdarların pul, hüquqlar, torpaq, tikili və avadanlıqlar şəklində qoyuluşları ilə formalaşdırılır”.

Nizamnamə kapitalı bir neçə əsas funksiyanı özündə daşıyır

Ekspert bildirir ki, bu vacib sənəd hüquqi şəxsin yalnız ilkin maliyyə təminatı deyil, həm də onun fəaliyyətində fundamental funksiyaları yerinə yetirir:

 “İlkin olaraq, nizamnamə kapitalının əsas funksiyalarından biri bölüşdürmədir. Nizamnamə kapitalı göstərir ki, şirkət kimə məxsusdur və payların nisbəti necədir? Kim nə qədər pul vəsaiti və ya əmlak qoyubsa, payı da o qədər olur. İkinci əsas funksiyalarından biri zəmanətdir. Şirkət iflas edəndə, kreditorlar qoyulan nizamnamə kapitalı hesabına pullarının bir hissəsini geri ala bilirlər. 3-cü isə nüfuzdur. Kapital nə qədər böyükdürsə, şirkətə olan etibar da bir o qədər artır. Müştərilər, banklar və tərəfdaşlar yüksək kapitalı olan şirkətə daha güvənirlər. Lakin aşağı nizamnamə kapitalı hüquqi şəxsin etibarsız olması demək deyil. Yüksək nizamnamə kapitalında hər hansı iddia və ya öhdəlik yarandıqda, onun kompensasiyası məhz bu kapital hesabına ödənilə bilər”.

Nizamnamə kapitalında rəqəmlər zamanla artıb azala bilər

İqtisadçı deyir ki, nizamnamə kapitalının mövcudluğu şirkətin dövlət qeydiyyatı üçün əsas şərtlərindən biri hesab olunur:

“Bu kapital zamanla artırıla və ya azaldıla bilər. Kapital yalnız pulla deyil, həm də əmlak və qiymətli kağızlarla artırıla bilər. Amma qanunvericilikdə nəzərdə tutulan minimum məbləğ mütləq pulla ödənilməlidir. Həmçinin qurucu təşkilatdakı payını bağışlaya, sata, miras qoya və istənilən vaxt işdən çıxa və digər quruculardan öz payının dəyərini tələb edə bilər”.

R.Qarayev bildirir ki, nizamnamə kapitalı şirkətin hüquqi etibarlılığını təsdiqləyir:

“Məhz buna görə də, qanunvericilik açıq şəkildə tələb edir ki, MMC təsis edilərkən kapital ya qeydiyyata qədər, ya da nizamnamədə göstərilən müddətdə ödənilsin. Qanunvericilikdə bununla bağlı qəbul olunmuş bəzi qaydalar var:

Maddə 405-1. MMC-nin nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsi

405-1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə MMC-nin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.

Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən, MMC təsis edilərkən əgər nizamnamə kapitalının ödənilməsi üçün vaxt müəyyən etməyiblərsə, qeydiyyata alınanadək nizamnamə kapitalını ödəməlidirlər. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, MMC-nin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət 3 aydan çox ola bilməz.

405-1.2. MMC-nin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir”.

Nizamnamə kapitalı 10 manatdan aşağı ola bilər

İqtisadçı sonda qeyd etdi ki, qanunvericiliyə görə, nizamnamə kapitalı 10 manat olan şirkət yaratmaq mümkündür: “Bu, qanunidir, lakin praktiki olaraq bu məbləğ kiçik şirkətlər üçün uyğundur. 10 manatdan az olan nizamnamə kapitalı da mövcuddur. Yəni, qanunda nizamnamə kapitalının az olmaması ilə bağlı məhdudiyyət yoxdur”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...