Redaktor
Şirkət Fərhad Pərvizinin işdən çıxma səbəbini açıqladı
Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizinin son günlər etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılıb. İddialara görə, buna səbəb onun gender əsaslı ayrı-seçkiliyi təbliğ edən fikirləridir.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı F.Pərvizinin işlədiyi “Baker Tilly Azərbaycan” şirkətindən Fərhad Pərvizinin işdən çıxması xəbərini təsdiqlədilər.
“1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqustda şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb. O bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib”, - deyə “qafqazinfo”ya verilən açıqlamada qeyd edilib.
Məlumatda iqtisadçının çıxışları ilə bağlı işdən çıxarılması iddiaları təkzib edilib.