Redaktor
Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?
Bəzən şəxsi həyatımızda böyük, bizə təsir edəcək promlemlərlə qarşılaşırıq. Bu, ailəvi, maddi, sağlamlıq problemləri və s. ola bilər. Bu sıxıntılar istəmədən iş həyatımıza təsir edir və məhsuldarlığımızı azaldır. Bu kimi situasiyaları rəhbərliklə danışmaq necə bir yanaşmadır? Belə hallarla qarşılaşdıqda rəhbərlik nə etməlidir?
İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirdi ki, şəxsi həyatda baş verən ciddi çətinliklər istər ailə, istər sağlamlıq, istərsə də maddi problemlərin peşəkar həyatımıza təsir etməsi normaldır: “İnsan resursları sahəsində çalışan biri kimi bu halları zəiflik yox, bir insani reallıq kimi görürəm. Bu səbəbdən də, düşünürəm ki, bu tip situasiyalarda rəhbərliklə açıq danışmaq, doğru ünsiyyət qurmaq olduqca sağlam və tövsiyə olunan yanaşmadır”.
Məqsəd problemi birgə həll etməkdir
A.Səmədov deyir ki, əgər qarşılaşdığınız şəxsi problem sizin iş performansınıza, diqqətinizə və ya davamiyyətinizə təsir edirsə, bu barədə rəhbərliklə açıq və dürüst formada danışmaq lazımdır. Bu, peşəkar və məsuliyyətli addım olar: “Bu cür yanaşma həm də etimad qurur. Əlbəttə, bu paylaşımın tonu və məzmunu balanslı olmalı, məqsəd problemin səbəbini izah etmək və birgə həll yolları tapmaq olmalıdır. Rəhbərlik sizi ancaq "bəhanə gətirən" yox, "çətinlik içində belə məsuliyyətli davranmağa çalışan" biri kimi görməlidir”.
Rəhbərlik tərəfdən yanaşma önəmlidir
Mütəxəssisin sözlərinə görə, yaxşı bir lider və ya HR mütəxəssisi insanın yalnız “işçi” tərəfinə yox, həm də insan olaraq bütövlüyünə dəyər verməlidir: “Beynəlxalq HR praktikalarında da bu dəstəkləyici yanaşma çox önəmlidir. Məsələn: Amerika və Avropa şirkətlərində "Employee Assistance Program" (EAP) adlı sistemlər mövcuddur. Bu proqramlar işçilərə psixoloji dəstək, hüquqi məsləhət və maliyyə planlaşdırması kimi sahələrdə yardım təklif edir. Skandinaviya modellərində isə psixoloji rifah və balanslı iş-həyat münasibəti prioritetdir. İşçinin belə situasiyalarda "wellbeing day" və ya "flexible working hours" hüququ olur. Eyni zamanda empatik liderlik anlayışı da son illərdə çox ön plana çıxıb. Belə liderlər işçilərinin şəxsi çətinliklərini anlayışla qarşılayır, müvəqqəti olaraq iş yükünü yüngülləşdirə və ya çevik iş rejimi təklif edə bilirlər”.
“Əgər bir əməkdaş şəxsi problemi səbəbilə çətinlik yaşayırsa və bu barədə mənimlə açıq danışarsa, bu şəffaflığı və etimadı yüksək qiymətləndirərdim. Əvvəlcə dinləməyə, sonra isə onun üçün uyğun dəstək formalarını təklif etməyə çalışardım. Bəzən sadəcə anlayış göstərmək belə kifayət edir. Əməkdaş şirkətə dəyər qatırsa, onun belə bir dövrdən rahat keçməsi üçün mümkün olan bütün insan resursları alətlərindən istifadə etməyə çalışardım” – deyə A.Səmədov qeyd etdi.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda virtual kartların sayı 24 % artıb
12.03.2026İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı
12.03.2026DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu
12.03.2026Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
12.03.2026AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026