Redaktor
Saxta restoran, 3 saat növbə, bir kasa üçün 76 manat - bu adam hamını necə inandırdı?
Avstraliyalı influencer Stanley Chen sadə bir ideya ilə sosial medianı alt-üst etdi.
Valyuta.az xəbər verir ki, o, “Nise Ramen” adlı saxta bir restoran qurdu.
Yaponcada “saxta ramen” demək olan bu ad altında yalnız hazır ramen servis olundu. Amma təqdimat – saksılarda yemək, təbiət səsləri, DJ və projeksiya ilə "ramen meşəsi" konsepti – hər şeyi dəyişdi.
Əvvəlcə saxta bir "5 ulduzlu restoran" veb saytı hazırlayan Chen, brend identifikasiyası qurdu və ardından bu restoran üçün viral TikTok videosu çəkdi. Video yayıldıqca hype artdı: giriş yalnız 100 min izləyicisi olan influencerlərə açıq idi, digərləri isə 3 saatlıq növbədə gözləməli oldu.
İnsanlar bu sadə ramenə “şef yeməyi” deyir, hətta “bir kasa üçün 45 dollar (76.50 manat) ödəyərəm” deyirdi. Halbuki bu sadəcə hazır noodles idi.
Qeyd edək ki, “Nise Ramen” artıq fəaliyyət göstərmir - bu real restoran deyildi, sadəcə qısa müddətli, sosial eksperiment xarakterli pop-up tədbiri idi. Yəni bu tədbir artıq bitib. Hədəf real qida biznesindən çox, marketinqin, təqdimatın və sosial media təsirinin gücünü nümayiş etdirmək idi.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025