Şahin Mustafayev: "Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"

Redaktor

27.08.2025 12:07
224

Şahin Mustafayev: "Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"

"Cənubi Qafqazda avtomobil yolları açılandan sonra Fars Körfəzi-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutu Fars Körfəzini Qara Dənizə bağlayan yeni marşrut olacaq".

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

"İqlim və relyefinə görə bu marşrut ilboyu daimi fəaliyyət göstərəcək", - deyə o qeyd edib.

Bundan başqa, hökumət rəsmisi deyib ki, həyata keçirilən vacib infrastruktur layihələrindən biri Araz çayının üzərində inşa olunan avtomobil körpüləridir:

"Ağbənd-Kəlalə və Ordubad-Siyahrud yeni avtomobil körpüləri Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək əlavə bağlantı olmaqla yanaşı, region ölkələri arasında böyükhəcmli beynəlxalq daşımalara imkan yaradacaq".

O xatırladıb ki, bir neçə gün öncə Türkiyə ilə Naxçıvanı birləşdirəcək Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisinə də start verilib:

"Uzunluğu 224 km olan və Avropa bazarlarına çıxışı təmin edəcək bu xəttin illik daşıma gücü 15 milyon ton yük təşkil edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətli infrastruktur imkanlarına malik olduğu üçün hər iki istiqamətdə tranzit yüklərin daşınmasında və aşırılmasında ölkəmiz mühüm rola malikdir. Bu baxımdan, ölkəmiz böyük həcmdə yükləri daşımaq, aşırmaq və idarə etmək mərkəzinə çevrilib".

"Bütün bunlarla yanaşı, kommunikasiyaların açılması həm də Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdıracaq, xüsusən də Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da artıracaq. Kommunikasiyalarının açılması regionda sülhün təmin olunması üçün tarixi bir fürsətdir. Azərbaycan isə öz növbəsində bu dəhliz vasitəsilə regionda sabitliyin və əməkdaşlığın təşviqçisi kimi çıxış edir", - deyə Ş.Mustafayev əlavə edib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...