Redaktor
Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab
Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb.
Valyuta.az xəbər verir ki, Maliyyə Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi müvafiq qaydalarla tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın tələblərinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə yerləşdirilə bilər.
Bildirilib ki, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır.
Nazirlikdən əlavə edilib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov kiçik və orta bankların da depozit hərraclarında iştirakı məsələsinin Mərkəzi Bank vasitəsilə müzakirə edildiyini bildirmişdi.
Xatırladaq ki, Maliyyə Nazirliyi indiyə kimi iki depozit hərracı keçirib. Bu hərraclarda bir və üç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 mlrd. manat həcmində sistem əhəmiyyətli banklara depozit yerləşdirilib. Mərkəzi Bankın son reyestrinə əsasən Azərbaycanda sistem əhəmiyyətli banklar ABB, "Kapital Bank", "PAŞA Bank", "Bank Respublika" və "Unibank"dır. AMB aprel ayında sistem əhəmiyyətli banklar siyasıhında dəyişiklik edib və "Xalq Bank"ı "Unibank"la əvəzləyib. Başqa sözlə, sərbəst xəzinə qalığı vəsaitlərindən növbəti hərraclarda da yalnız sistem əhəmiyyətli banklar istifadə edə biləcək.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAlüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”
12.03.2026Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026