Redaktor
Rusiyanın Hindistana kömür tədarükü kəskin azaldı
Yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya Hindistana 6,1 milyon ton energetik kömür tədarük edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixracın 26% azalması deməkdir.
Valyuta.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Hindistanın Bigmint analitik agentliyinin məlumatlarına istinadən yazır.
Ən böyük azalma birinci rübdə baş verib - 43%, yəni 1,5 milyon tona qədər. Növbəti altı ay ərzində ixrac daha 18% azalaraq 4,6 milyon tona çatıb.
Rusiya Hindistan bazarında kömür tədarükçüləri arasında ilk beşliyə daxildir, lakin İndoneziya, CAR (Cənubi Afrika Respublikası) və ABŞ-dan geri qalır. Üç rübün nəticələrinə görə, Hindistan digər ölkələrdən ümumilikdə 37,8 milyon ton kömür alıb ki, bu da 12% artım deməkdir.
Rusiyanın kömür ixracı xarici bazarlarda tədarük şərtlərinin pisləşməsi fonunda azalır. Söhbət nəqliyyat tariflərinin və çıxarma xərclərinin artmasından, eləcə də qlobal enerji daşıyıcılarının qiymətlərinin enməsindən gedir. Nəticədə ixrac Rusiyanın kömür sənayesinə zərər gətirməyə başlayıb.
Nicat
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda virtual kartların sayı 24 % artıb
12.03.2026İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı
12.03.2026DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu
12.03.2026Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
12.03.2026AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026