Redaktor
"Ziraat Bank Azərbaycan"ın vaxtı keçmiş kreditləri 120%-dən çox artıb
"Ziraat Bank Azərbaycan" ASC-nin vaxtı keçmiş kreditləri 2025-ci ilin I rübünün sonuna 54 mln. 344 min manat təşkil edib.
Valyuta.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 120.2 % daha çoxdu. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bankın vaxtı keçmiş kreditləri 24 mln. 683.4 min manat olub.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 9.46 % olub. Əvvəlki ilin eyni dövründə isə bu göstərici 6.54 % olub.
Ən çox gecikmə biznes kreditlərində qeydə alınıb. Belə ki, bank tərəfindən 532 mln. 107.8 min manat biznes krediti verilib ki, bunun da 9.93 %-i və ya 52 mln. 854.9 min manatı vaxtı keçmiş kreditlərdir. Bu məbləğin də 11 mln. 42.9 min manatı 1 il və daha artıq gecikmə müddəti olan kreditlərin payına düşüb.
İstehsak kreditlərinin 11.33 %-i və ya 1 mln. 377.7 min manatı, daşınmaz əmlak kreditlərinin isə 0.37 %-i və ya 111.3 min manatı vaxtı keçmiş kreditlərdir.
Belə ki, bank tərəfindən hesabat dövrünün sonuna verilmiş istehlak kreditləri 12 mln. 158.9 min manat, daşınmaz əmlak kreditləri isə 30 mln. 454.1 min manat təşkil edib.
2024-cü ilin müvafiq dövründə isə biznes kreditlərinin 6.78 %-i və ya 24 mln. 166.6 min manatı, istehlak kreditlərinin 7.80 %-i və ya 432.7 min manatı, daşınmaz əmlak kreditlərinin isə 0.54 %-i və ya 84.2 min manatı vaxtı keçmiş kreditlər olub.
Vaxtı keçmiş kreditlərin 45 mln. 400.29 min manatı Bakı, 932.59 min manatı Sumqayıt, 8 mln. 11.08 min manatı isə Gəncə üzrə verilmiş kreditlərdə qeydə alınıb.
Bankın xalis mənfəətində də azalma müşahidə olunub. Belə ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 700 min manatdan çox azalaraq 4 mln. 349.5 min manatdan 3 mln. 572.2 min manata düşüb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65.5 mln. manatdır. Bankın səhmlərinin 99.98 %-i "Ziraat Bank”a (Türkiyə), 0.01 % - "Ziraat Texnoloji Şirkəti”nə, 0.01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyəyə 232 manata ixrac edilən eyni məhsul Rusiyaya 2544 manata satılıb
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”
12.03.2026Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026