Redaktor
"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək
"YouTube" platforması videoların ən maraqlı və gərgin anlarından sonra reklam yerləşdirməyə başlayacaq. Şirkət hesab edir ki, bu yolla tamaşaçıların diqqətini məhz onların emosional cəlb olunma anında saxlamaq mümkün olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "TechCrunch" nəşrinin Nyu-Yorkdakı təqdimata istinadla məlumat verir.
Yeni texnologiya yaxın günlərdə tətbiq ediləcək və "Gemini" neyroşəbəkəsi vasitəsilə işləyəcək. Bu süni intellekt əsaslı sistem videodakı "pik" səhnələri müəyyən edəcək və həmin anlardan dərhal sonra reklam yerləşdirəcək. Məsələn, blogerlərin nişanlandığını elan etdikləri səhnədən dərhal sonra reklam yayımlana bilər.
Bu yanaşma emosional hədəfləmə prinsiplərinə əsaslanır: istifadəçilər emosional yüksəliş anında gördükləri məhsulları daha yaxşı yadda saxlayırlar. Lakin "TechCrunch" qeyd edir ki, bu cür reklamlar tamaşaçılar üçün əsəbi ola bilər, xüsusilə də izləyici süjetə emosional olaraq daxil olduqda və hekayəyə tez bir zamanda qayıtmaq istədikdə.

Bundan əlavə, "YouTube" artıq 12 may tarixindən videoların ortasında reklam yerləşdirmə strategiyasını da optimallaşdırmağa başlayıb. Reklamlar indi səhnələr arasında keçidlər zamanı və ya dialoqlarda pauza veriləndə görünəcək. Cümlələrin ortasında və hərəkətli anlarda olan reklamlar azaldılacaq ki, tamaşaçıların narahatlığı minimuma endirilsin və onların diqqəti qorunsun.
Qeyd edək ki, bundan əvvəl "YouTube" 20 illik yubileyi münasibətilə yeni videopleyerin sınağına başlayıb, lakin istifadəçilər bu yeniliyi bəyənməyiblər. Yenilənmiş pleyrin bütün elementləri yumşaldılıb və "şüşəvari" effektlə təqdim olunub, səs idarəetməsi isə sağ blokda yerləşdirilib.
Eyni zamanda, "YouTube" reklam bloklayıcılarından istifadə edənlərlə mübarizəni də davam etdirir. İndi əgər istifadəçi veb-brauzerində reklam bloklayıcısını aktiv edibsə, platforma bir neçə saatlıq ötürülə bilməyən reklamlar göstərə bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026