Redaktor
"Apple"dan gizli yenilik: Cihaz yaxın aylarda satışa çıxarılacaq
"Apple" şirkəti "AirTag" adlı smartexsuarının yeni nəsil versiyasını təqdim etməyə hazırlaşır.
Valyuta.az xəbər verir ki, "Bloomberg" nəşrinin məlumatına görə, "AirTag 2" artıq demək olar tam hazırdır və yaxın aylarda satışa çıxacaq. Bununla belə, bu yenilik 2025-ci il WWDC tədbirində nümayiş etdirilməyəcək - əvəzində sadəcə rəsmi sayt vasitəsilə press-reliz formatında elan olunacaq.
Yeni "AirTag 2" nələr təklif edəcək?
Yeni nəsil "AirTag" üç əsas yeniliklə gələcək:
* "Apple U2 UWB" prosessoru - əvvəlki versiyaya nisbətən 3 dəfə daha geniş izləmə məsafəsi təqdim edir;
* "Vision Pro" ilə inteqrasiya - "Apple"ın artırılmış reallıq cihazı ilə birbaşa uyğunluq;
* Səs dinamikinin təkmilləşdirilməsi - cihazın istismarının izləmə məqsədilə sui-istifadə hallarını məhdudlaşdırmaq üçün səs modulu daha təhlükəsiz dizaynla təchiz olunacaq.
Məlumata görə, cihazın dizaynı dəyişməyəcək və qiymət barədə hələlik əlavə məlumat verilməyib. Xatırladaq ki, ilk nəsil "AirTag" 2021-ci ilin aprelində satışa çıxarılmışdı və qiyməti bir ədəd üçün 29 dollar, dörd ədədlik dəst üçün isə 99 dollar təşkil edirdi.
WWDC 2025 və iPhone yenilikləri
Qeyd edək ki, bu axşam keçiriləcək "Apple WWDC" 2025 tədbirində yeni iOS 26 və digər əməliyyat sistemlərinin yeniləmələri təqdim ediləcək. Bildirilir ki, iOS 26 - 2013-cü ildə çıxan iOS 7-dən bəri ən böyük dəyişiklik olacaq.
Yeni nəsil "iPhone 17" modellərinin isə sentyabr ayında təqdim ediləcəyi gözlənilir. Sızdırılan məlumatlara əsasən, bütün modellər 120 Hz ekran və 24 MP-lik təkmilləşdirilmiş selfi kamerası ilə təchiz olunacaq. Ən çox diqqət çəkən model isə ultranazik "iPhone 17" Air olacaq və bu model "Plus" seriyasının yerini tutacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026