Qızılın qiyməti yüksəlməyə davam edir

Redaktor

20.03.2025 13:01
571

Qızılın qiyməti yüksəlməyə davam edir

Qızıl, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il iki mümkün faiz endirimi edəcəyi gözləntisinin davam etməsi fonunda yeni zirvəyə yüksəlib. 

Valyuta.Az xəbər verir ki, davam edən geosiyasi və iqtisadi gərginliklər təhlükəsiz investisiya vasitələrinə olan tələbi artırdığı üçün qızılın 1 troy unsiyası (təxminən 31,1 qram) 3056,19 dollara çatıb.  

Hazırda spot bazarda qızılın qiyməti dünənlə müqayisədə 0,14% artaraq 3051,78 dollar/ons səviyyəsində ticarət olunur.  

Qızılın qiyməti bu həftə 2,26%, ayın əvvəlindən bəri 6,91%, ilin əvvəlindən isə 16,3% yüksəlib.  

"Heraeus Metals Hong Kong Ltd." şirkətinin baş direktoru Dik Pun, qızılın "bazardakı bir çox qeyri-müəyyənlik, geosiyasi gərginliklər, zəifləyən ABŞ dolları və gələcəkdə faiz dərəcələrinin endiriləcəyi gözləntiləri" ilə dəstəkləndiyini bildirib.  

"OCBC" bankının valyuta strategiyaçısı Kristofer Vonq isə qeyd edib ki, "hazırda qızılın təhlükəsiz investisiya vasitəsi və inflyasiyadan qorunma aləti kimi cəlbediciliyi geosiyasi narahatlıqlar və tariflərlə bağlı qeyri-müəyyənlik fonunda daha da güclənir. Qızılın perspektivi ilə bağlı müsbət fikirdəyik."  

"ABC Refinery" şirkətinin korporativ bazarlar üzrə qlobal rəhbəri Nikolas Frappell isə bildirib ki, "qızılın birinci rübdəki güclü performansını nəzərə alsaq, ciddi bir düzəliş ehtimalı görmürəm. Bununla belə, indiyə qədər baş verən düzəlişlər nisbətən qısa müddətli olub və bazar tərəfindən yaxşı qarşılanıb. 3090-3100 dollar aralığında müqavimət səviyyəsi müşahidə oluna bilər."

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...