Redaktor
Qiyməti 2-3 dəfə bahadır, amma iqtisadi üstünlükləri çoxdur
Son illərdə şəhər nəqliyyat sistemlərinin yenilənməsi və modernləşdirilməsi prosesində ənənəvi dizel avtobuslarından elektrikli avtobuslara keçid tendensiyası geniş vüsət alıb.
Elektrikli avtobusların ilkin satınalma qiymətinin ənənəvi dizel avtobuslarından təxminən 2-3 dəfə baha olması rəqəmsal baxımdan böyük bir investisiya tələbi kimi görünsə də, bu texnikanın uzunmüddətli dövrdə özünü iqtisadi cəhətdən necə doğrultması bir çox şəhər rəhbərlikləri və istehlakçılar üçün maraq doğurur. Maraqlıdır, ilkin maliyyə yükünün yüksək olmasına baxmayaraq, nəqliyyat sistemini tamamilə bu texnikaya keçirilməsi şəhər iqtisadiyyatına uzunmüddətli dövrdə nə qazandırır?
İqtisadçı-ekspert Eldəniz Əmirov Valyuta.az-a bildirib ki, bu tip strateji qərarların verilməsində təkcə ilkin satınalma qiyməti əsas meyar hesab oluna bilməz:
“Bu tip vəziyyətlərdə, yəni hər hansı bir avtomobilin və ya nəqliyyat vasitəsinin alınması ilə bağlı qərarların verilməsi üçün təkcə qiymət faktoru nəzərə alınmır. Hətta dövlət satınalmalarında belə təkcə qiymət faktoru önəmli olmur. Düzdür, qiymət ən önəmli faktorlardan biridir, amma yekun qərarın formalaşmasına təkbaşına kifayət etmir”.
Ekspert deyir ki, əgər söhbət şəhər nəqliyyatından gedirsə, burada bir sıra digər vacib məqamlar var ki, layihənin iqtisadi səmərəliliyi məhz onlarla ölçülür:
“Şəhər nəqliyyatında ilkin investisiyadan daha çox, nəqliyyat vasitəsinin gündəlik fəaliyyət xərcləri ümumi büdcəyə birbaşa təsir göstərir. Burada birinci növbədə nəzərə alınan faktorlar yanacaq, texniki xidmət və mühərrikin təmiridir. Bu faktorları bir araya toplayıb analiz etdikdə, birmənalı şəkildə elektrik avtomobillərinin və avtobuslarının əhəmiyyəti şəhər nəqliyyatı üçün, ümumiyyətlə fəaliyyət mexanizmi üçün daha əlverişli görünür. Konkret iqtisadi istiqamətə gəldikdə isə bir neçə əsas bəndi xüsusilə qeyd edə bilərik”.

O, elektrikli nəqliyyat vasitələrinin iqtisadi üstünlüklərini konkret bəndlər üzrə belə sıralayıb:
“Birincisi, elektrik avtomobillərinin enerji xərcləri dizel mühərrikli vasitələrlə müqayisədə kifayət qədər aşağıdır. Yəni, şəhər nəqliyyatının gündəlik və aylıq xərcləri kəskin şəkildə aşağı düşür. İkinci səbəb, bu texnikaların texniki xidmət və qulluq xərclərinin az olmasıdır. Üçüncü vacib səbəb isə odur ki, elektrikli nəqliyyat vasitələri istismar müddəti baxımından dizel texnikasına nisbətən daha effektiv və rentabellidir”.
Sonda ekspert vurğulayıb ki, elektrikli avtobuslara keçid təkcə maliyyə yox, həm də strateji bir gələcək faktorudur və burada ən əsas pay ekoloji amillərin üzərinə düşür:
“Ən başlıca faktor ekoloji faktorlardır. Yəni, zamanın tələblərinə uyğun olaraq elektrik avtomobillərinə və avtobuslarına üstünlük verilməsi birmənalı olaraq dəstəklənir. Təbii ki, bütün bu iqtisadi üstünlüklərin başında ekoloji baxımdan səmərəlilik amili dayanır və bu faktı şəhər nəqliyyatının gələcəyini planlaşdırarkən mütləq şəkildə ön plana çəkmək lazımdır”.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı
09.06.2026Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?
09.06.2026"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
09.06.2026"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi
09.06.2026"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq
09.06.2026"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi
09.06.2026AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası ®
09.06.2026Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu
09.06.2026"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"
09.06.2026İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət
09.06.2026Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA
09.06.2026"BakıKart"ın qiyməti artdı
09.06.2026Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər
09.06.2026Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib
09.06.2026Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb
09.06.2026Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq
09.06.2026Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?
09.06.2026Bakıda kirayə mənzillər UCUZLAŞACAQ
09.06.2026AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb
09.06.2026