Redaktor
Profisit nədir?
İqtisadi münasibətlər fonunda tez-tez rast gəldiyimiz terminlərdən biri də profisitdir.
Ölkə iqtsadiyyatı ilə bağlı statistik rəqəmlər açıqlananda profisitlə bağlı açıqlanan göstəricilərə tez-tez rast gəlinir. Məsələn, bu ilin 7 ayında Azərbaycan dövlət büdcəsində 3 milyard 536,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 13,1 % çoxdur.
Bu anlayış həm dövlət büdcəsi, həm də ticarət balansı kontekstində istifadə olunur və bir ölkənin iqtisadi vəziyyətini qiymətləndirmək üçün vacib göstəricilərdən biridir.
Bəs nədir profisit?
Valyuta.az profisit termini haqqında məlumatları təqdim edir:
Profisit – gəlirin xərclərdən artıq olması deməkdir
Bir neçə profisit növü var.
Bunlardan biri ticarət balansında profisitdir. Ticarət balansı ölkənin ixrac etdiyi və idxal etdiyi mallar və xidmətlərin dəyərinin fərqini göstərir. Əgər ölkə ixrac etdiyi məhsullardan daha çox gəlir əldə edir, idxaldan daha çox pul qazanırsa, bu vəziyyətə ticarət balansında profisit deyilir.
Ticarət balansında profisit ölkəyə xaricdən gəlir gətirir və valyuta ehtiyatlarının artmasına kömək edir.
Dövlət büdcəsi baxımından profisit, dövlətin gəlirlərinin xərclərdən artıq olduğu vəziyyəti ifadə edir. Bu, dövlət üçün əlavə maliyyə resursları deməkdir və sosial proqramlar, infrastruktur layihələri və ya borc ödənişləri üçün istifadə oluna bilər.
Profisit iqtisadiyyat üçün bir neçə səbəbdən önəmlidir:
Maliyyə sabitliyi: Dövlət və şirkətlər üçün əlavə resurs deməkdir.
İnvestisiya imkanları: Profisit mövcud olduqda investisiya və inkişaf layihələrinə vəsait ayırmaq mümkündür.
İqtisadi göstərici: Profisit ölkənin iqtisadi gücünü və maliyyə balansını qiymətləndirmək üçün mühüm göstəricidir.
Qeyd edək ki, profisit həm ticarət, həm də büdcə baxımından ölkənin iqtisadi vəziyyətini qiymətləndirməyə imkan verir. Ticarət balansında və büdcədə profisit mövcudluğu iqtisadi sabitlik, maliyyə dayanıqlığı və inkişaf üçün əlverişli şərait yaradır.
Günay