"Peşəkar işçi motivasiyası az olanda da öz vəzifəsini qüsursuz yerinə yetirməlidir" - EKSPERT

Redaktor

08.05.2025 13:30
409

"Peşəkar işçi motivasiyası az olanda da öz vəzifəsini qüsursuz yerinə yetirməlidir" - EKSPERT

İş yerlərində işə fərqli yanaşan kadrlar görürük. Məsələn, iş yeri eyni olsa da, bəzi işçilər işə enerjili başlayarkən, bəzilərinin motivasiyası olmur. Ola bilər ki, situasiya şirkətə bağlı olsun, amma işçinin işləmək üçün ümumi motivasiyası olmur. Bəzi işçilərdə bu hal qısa müddət davam edərkən, bəzilərində daimi olur. Belə olduqda məhsuldarlığı azalır, işə adaptasiya ola bilmir. Amma məcbur olur ki, işə getsin. Motivasiyası azalan işçinin motivasiyasını qaldırmaq üçün şirkət nə edə bilər?

Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyir ki, iş həyatında heç bir əməkdaşa uşaq kimi baxılmamalıdır: “Mən illərdir Azərbaycanda keçirdiyim peşəkar idarəçilik təlimlərimdə bu mövzuya xüsusi önəm verirəm. İş həyatında heç bir əməkdaşı uşağa baxılan kimi qiymətləndirilməməli, heç kimin uşaq baxıcısı yanaşması ilə idarə edilməməli olduğunu tez-tez vurğulayıram”. 

Heç kim başqasının daimi motivasiya mənbəyi ola bilməz

A.Kandemir deyir ki, son vaxtlar tez-tez işçilərin motivasiyasının aşağı olması və bu zaman şirkətin üstünə düşən vəzifənin nə olması ilə bağlı tez-tez suallar ünvanlanır: “Əlbəttə, iş yerindəki ab-hava, rəhbərin yanaşması, ədalətli bir sistemin mövcudluğu motivasiyanı təsir edən amillərdəndir. Bunu heç kim inkar etmir. Ancaq bütün məsuliyyəti yalnız şirkətin üzərinə yıxmaq da düzgün yanaşma deyil. Bir insan müəyyən yaşa çatıbsa, maaş alırsa, ailəsi və məsuliyyətləri varsa və bu halda hər səhər kimsənin gəlib “motivasiyalı ol, işləməyə başla, öz üzərində işlə” deməsini gözləyirsə, burada ciddi bir şəxsi fərqindəlik çatışmazlığı var. Amma heç kim başqasının daimi motivasiya mənbəyi ola bilməz”.

Bəs şirkətin vəzifəsi nədir?

A.Kandemir deyir ki, bu kimi situasiyalarda şirkətin üzərinə düşən vəzifələr də var: “Ədalətli sistem qurmalı, rahat mühit yaratmalı, inkişaf imkanları təqdim etməli, əməkdaşlarını dəstəkləməlidir. Şirkət bütün bunları etməzsə, idarəetmə baxımından onsuz da zəif sayılır. Amma hər mənfi ruh halında, hər yorğunluqda “motivasiya yoxdur” deyən bir əməkdaşın məsuliyyətlərini daim başqalarının daşımasını gözləməsi də qəbulolunmazdır. Motivasiya xaricdən verilən bir mükafat deyil, daxildən gələn enerjidir”.

Motivasiya bir lüks deyil, bir duruş məsələsidir

A.Kandemir qeyd etdi ki, əgər bir əməkdaş yalnız maaşı artırılanda, kofe fasiləsi uzadıldığında və ya tərif alanda motivasiya tapırsa, bu, həqiqi motivasiya deyil, bu sadəcə zövqdür və keçicidir. Peşəkarlıq isə bəzən motivasiyanın aşağı olduğu günlərdə belə öz vəzifələrini qüsursuz yerinə yetirə bilməkdir. Çünki motivasiya bir lüks deyil, bir duruş məsələsidir. Şirkət dəstək verər, yol göstərə bilər. Amma heç kim başqasının həyat enerjisini daşımaqla öhdəliklərini yerinə yetirə bilməz. Hər kəs öz motivasiyasını özü təmin etməlidir”.

Sərvanə Rəmixanova

"Peşəkar işçi motivasiyası az olanda da öz vəzifəsini qüsursuz yerinə yetirməlidir" - EKSPERT

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Məzənnə

Yüklənir...