Redaktor
Ötən il büdcə gəlirlərinin 59%-ni vergilər təşkil edib - SİYAHI
2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37161,8 milyon (37 milyard 161.8 milyon) manat, xərcləri 37712,7 milyon (37 milyard 712.7 milyon) manat təşkil edib.
Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Məlumata görə, büdcənin icrasında 550,9 milyon manatlıq kəsir yaranıb ki, bu da ümumi daxili məhsulun 0,4 %-inə bərabər olub.
37 milyard 161.8 milyon manatlıq gəlirin 59.4 %-i (22 milyard 063.8 milyon manatı) vergilər hesabına, 40.6 %-i isə (15 milyard 098,0 milyon manatı) vergi olmayan gəlirlər hesabına təmin edilib.
59.4%-lik verginin 23.9 %-i əlavə dəyər vergisi, 18.3 %-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5.1 %-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5.0 %-i fiziki şəxslərin gəlir vergisi, 4.2 %-i aksizlər, 1.0 %-i sadələşdirilmiş vergi, 0.9 %-i əmlak vergisi, 0.5 %-i mədən vergisi, 0.4 %-i yol vergisi və 0.1 %-i torpaq vergisi hesabına təmin edilib.
Rəqəmlə ifadədə əlavə dəyər vergisi 8894,2 milyon (8 milyard 894.2 milyon) manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 6786,9 milyon (6 milyard 786.9 milyon) manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 1902,9 milyon (1 milyard 902.9 milyon) manat, fiziki şəxslərin gəlir vergisi 1839,2 milyon (1 milyard 839.2 milyon) manat, aksizlər 1555,7 milyon (1 milyard 555.7 milyon) manat, sadələşdirilmiş vergi 382,9 milyon manat, əmlak vergisi 338,5 milyon manat, mədən vergisi 173,3 milyon manat, yol vergisi 135,9 milyon manat, torpaq vergisi 54,3 milyon manat təşkil edib.
Aşağıdakı cədvəldə toplanan vergilərin və həmin vergilərin büdcə gəlirlərindəki çəkisini görə bilərsiniz:
| VERGİ | MİLYON MANAT | ÇƏKİSİ |
| Əlavə dəyər vergisi | 8894,2 | 23,9 % |
| Hüquqi şəxslərin gəlir vergisi | 6786,9 | 18,3 % |
| Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər | 1902,9 | 5,1 % |
| Fiziki şəxslərin gəlir vergisi | 1839,2 | 5,0 % |
| Aksiz | 1555,7 | 4,2 % |
| Sadələşdirilmiş vergi | 382,9 | 1,0 % |
| Əmlak vergisi | 338,5 | 0,9 % |
| Mədən vergisi | 173,3 | 0,5 % |
| Yol vergisi | 135,9 | 0,4 % |
| Torpaq vergisi | 54,3 | 0.1 % |
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda virtual kartların sayı 24 % artıb
12.03.2026İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı
12.03.2026DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu
12.03.2026Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
12.03.2026AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026