Nüvə enerjisi 2024-cü ildə rekord səviyyəyə çatıb - Bu, gələcək üçün nə deməkdir?

Redaktor

09.09.2025 14:01
261

Nüvə enerjisi 2024-cü ildə rekord səviyyəyə çatıb - Bu, gələcək üçün nə deməkdir?

Nüvə enerji istehsalı 2024-cü ildə dünya miqyasında tarixi zirvəyə yüksəlib. Təhlükəsiz, təmiz və davamlı enerji mənbəyi kimi qəbul edilən bu sahə, qlobal enerji tələbatında daha böyük rol oynamağa başlayır.

Valyuta.az xəbər verir ki, Dünya Nüvə Assosiasiyasının (WNA) məlumatına görə, 2024-cü ildə nüvə reaktorları 2 min 667 teravatt-saat (TWh) elektrik istehsal edib və bu göstərici 2006-cı ildə qeydə alınmış 2 min 660 TWh-lik əvvəlki rekordu üstələyib. 2023-cü illə müqayisədə artım 66 TWh təşkil edib. Hazırda dünyada fəaliyyət göstərən təxminən 440 nüvə reaktoru qlobal elektrik tələbatının 9 faizini ödəyir.

WNA-nın baş direktoru doktor Sama Bilbao Leon açıqlamasında bildirib: "Hər il bu rekordun daha da yaxşılaşdırılması vacibdir. Çünki enerji və iqlim hədəflərimizə çatmaq üçün yol buradan keçir".

Enerji balansında nüvə enerjisinin payı isə belədir: kömür – 36 faiz, təbii qaz – 22 faiz, hidroenerji – 15 faiz, günəş, külək və geotermal – 12 faiz, nüvə – 9 faiz, neft – 3 faiz.

Böyük Britaniyada isə pay bölgüsü fərqlidir: 30 faiz külək, 30 faiz təbii qaz, 14 faiz nüvə, 14 faiz bioenerji, 5 faiz günəş, 2 faiz hidroenerji və 0,7 faiz kömür. Hazırda ölkədə doqquz reaktor işləyir, yeni layihələrlə bu sayın artacağı gözlənilir.

Son on ildə istifadəyə verilmiş 68 yeni reaktorun 56-sı Asiyada tikilib. Hazırda tikintisi davam edən 70 reaktorun 59-u da məhz Asiya ölkələrindədir. Bu, regionun nüvə potensialını sürətlə artırdığını göstərir.

Nüvə enerjisi uran kimi radioaktiv elementlərin parçalanması (fissiya) ilə əldə olunur. Bu zaman neytron atom nüvəsinə dəyərək onu iki hissəyə ayırır və böyük həcmdə enerji açığa çıxır. Enerji istiliyə çevrilir, suyu buxara çevirir və turbinləri hərəkətə gətirərək aşağı karbonlu elektrik hasil edir.

Bununla belə, nüvə enerjisi ətrafında mübahisələr davam edir. “Friends of the Earth” təşkilatı nüvəni “iqlim böhranına yavaş və bahalı həll” adlandırır və radioaktiv tullantıların min illər boyu təhlükə yarada biləcəyini vurğulayır.

Bütün tənqidlərə baxmayaraq, bir çox ölkələr kömür, neft və qazdan asılılığı azaltmaq üçün nüvə enerjisinə üz tutur. Süni intellekt və məlumat mərkəzləri kimi sahələrdə artan enerji tələbi fonunda isə aşağı karbonlu istehsal daha da önəm qazanır. Dr. Bilbao Leon-un sözlərinə görə, bu ehtiyacı ödəmək üçün nüvə sektorunun böyümə sürətini artırması zəruridir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...