“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı 

Redaktor

08.09.2025 18:15
185

“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı  ®

Ölkənin sərfəli mobil operatoru mövqeyini qoruyan “Nar” uzunmüddətli sosial layihələrə dəstəyini davam etdirir. Belə ki, mobil operator 2024-2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən on abituriyenti xüsusi hədiyyələrlə təltif edib. Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək ilin ən uğurlu abituriyentlərini təbrik ediblər. Tədbirdə “Ümid var” İnklüziv Yaradıcılıq Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin üzvləri musiqi və rəqs ifaları ilə çıxış ediblər. Bu performans, eləcə də “Nar”ın sosial layihələrində inklüzivliyə verdiyi xüsusi önəm tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

“Nar”ın baş icraçı direktoru Qunnar Panke tədbirdə çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb: “Bu nailiyyətiniz yalnız universitet qapılarını deyil, yeni imkanları və düşüncə üfüqlərinizi də açır. “Nar” olaraq, biz inanırıq ki, təhsilə dəstək ölkənin gələcəyinə edilən ən dəyərli investisiyadır”.

“Nar”ın 10 ilə yaxındır, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...