Redaktor
Müsahibədə verilən uğursuz suallar: Onlar işə qəbul şansını azalda bilər
"Müsahibə yalnız namizədin özünü təqdim etməsi deyil, həm də qarşılıqlı tanışlıq prosesidir. İşəgötürən və namizəd bu dialoq vasitəsilə bir-birinə nə dərəcədə uyğun olduqlarını müəyyənləşdirirlər. Lakin düzgün seçilməmiş və ya vaxtsız verilmiş suallar namizədin motivasiyası və peşəkarlığı barədə mənfi rəy yarada bilər".
Valyuta.az xəbər verir ki, bunu gazeta.ru-ya "NC Logistic" şirkətinin HR bölmə rəhbəri Yuliya Zavalkina danışıb.
Onun sözlərinə görə, şirkət haqqında açıq mənbələrdə rahatlıqla tapıla biləcək sadə məlumatı müsahibə zamanı soruşmaq hazırlıqsızlıq təəssüratı yaradır. Namizədlərə tövsiyə olunur ki, əvvəlcədən şirkət barədə ümumi bilgiləri öyrənsinlər və müsahibədə daha dərin, strateji məsələlər barədə suallar versinlər.
Ekspert qeyd edib ki, müsahibəni maliyyə məsələləri ilə başlamaq düzgün deyil: "Bu, namizədin əsas marağının yalnız pul olduğunu göstərə bilər. Əvvəlcə öz bacarıqlarınızı və şirkətə verə biləcəyiniz töhfəni nümayiş etdirin. Əməkhaqqı mövzusuna isə işəgötürən toxunduqdan sonra qayıtmaq daha məqsədəuyğundur".
Yuliya Zavalkina əlavə edib ki, yalnız şəxsi maraqlara yönələn suallar - tez-tez məzuniyyət, sərbəst iş qrafiki və ya digər güzəştlərlə bağlı söhbətlər - işəgötürəndə mənfi rəy formalaşdırır. Şirkətlər ilk növbədə ümumi məqsədlərə sadiq komanda üzvləri axtarır.
Bundan başqa, internetdə yayılan mənfi rəyləri və ya rəhbərlik haqqında şayiələri müsahibədə sorğulamaq da tövsiyə olunmur. Bu, namizədin dedi-qoduya meylli olduğu təəssüratını yarada bilər. Şəxsi mövzular - məsələn, müsahibə aparan şəxsin ailə vəziyyəti və ya hobbiləri ilə maraqlanmaq da işgüzar etiketin pozulması sayılır.
HR mütəxəssisinin sözlərinə görə, düzgün yanaşma şirkətin inkişaf imkanları, peşəkar yüksəliş və təlim proqramları, komanda və iş mühiti barədə suallar verməkdir:
"Müsahibə namizədin həm faydalı məlumat əldə etməsi, həm də özünü ən yaxşı tərəfdən göstərməsi üçün imkandır. Yaxşı düşünülmüş suallar isə arzulanan vəzifəni qazanmaq şansını artırır".
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025