Redaktor
18 qəpiklə İtaliyada üç gün istirahət etdi - FOTO
Böyük Britaniyanın West Yorkshire bölgəsindən olan Ken Smith "Jet2holidays" şirkətinin keçirdiyi “Bid for a Break” adlı müsabiqədə cəmi 8 pens ödəməklə Romaya 3 günlük istirahət turu qazanıb.
Valyuta.az xəbər verir ki, tətil paketinə iki nəfərlik aviabilet və Room Mate Collection Gran Filippo otelində yerləşmə daxil olub.
Adətən bu oteldə üçgünlük istirahət və uçuş paketləri 861 funt sterlinqdən başlayır. Smith isə təklif etdiyi 18p məbləğini həyat yoldaşının ad günü münasibətilə seçib: “Uzun müddətdir bu müsabiqəyə qatılıram. Nəhayət, şansım gətirdi və həyat yoldaşımla Romaya yollanacağam”, – deyə o bildirib.
Ken Smith tək qalib olmayıb. Başqa iştirakçılar da müxtəlif istiqamətlərə ucuz tətil qazanıblar – məsələn, İbizaya 95 pensə, Kiprə isə 52 pensə bilet əldə ediblər.
Qeyd edək ki, "Jet2holidays" bu tip kampaniyaları davam etdirir. Şirkət noyabr, yanvar və mart aylarında da oxşar hərrac turları keçirəcək. Növbəti mərhələnin başlanğıcı 10 noyabr, son iştirak tarixi isə 17 noyabr olaraq açıqlanıb.

Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025