Redaktor
Məşhur kriptovalyuta platforması qızıla sərmayə qoymaq istəyir
Dünyanın ən iri steyblkoin operatoru olan "Tether Limited" qızılın hasilatı və ticarətinə investisiya etmək niyyətindədir.
Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, mövzu ilə bağlı adları açıqlanmayan mənbələr məlumat verib.
Mənbələr bildirib ki, şirkət artıq bir neçə qızıl hasilatı və distribusiya şirkəti ilə danışıqlar aparıb.
"Tether"in rəhbəri Paolo Ardonio daha əvvəl qızılı "təbiətin bitkoini" adlandırmışdı. Hazırda şirkətin hansı tərəfdaşlarla əməkdaşlıq edə biləcəyi və investisiya məbləğinin nə qədər olacağı açıqlanmayıb.
"Tether"in əsas məhsulu olan USDT tokeninin bazar kapitallaşması təxminən 170 milyard dollardır. Yalnız bu ilin ilk yarısında şirkətin qazancı 5,7 milyard dollara çatıb. Şirkət eyni zamanda ABŞ dövlət istiqrazlarının iri sahibkarlarından biridir və onlardan faiz gəliri əldə edir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025