Redaktor
Marketinqdə "bənövşəyi inək" - SƏHƏR OXUSU
Seth Godin qeyd edir ki, ənənəvi marketinq insanların diqqətini zorla almağa çalışırdı. Televiziya reklamları, spam e-maillər, bannerlər buna nümunədir.
Valyuta.az xəbər verir ki, icazə marketinqində isə müştəri könüllü şəkildə brendlə əlaqə qurur.
Bu əlaqə uzunmüddətli və dəyərli olur.
Nümunə
"Spotify" və "Netflix" - istifadəçilərin öz seçimlərinə əsaslanan təcrübə
E-mail marketinqdə “subscribe” sistemi
"Purple Cow" - Bənövşəyi İnək
Çəmənlikdə yüzlərlə inək bir müddət sonra eyni görünür. Amma bənövşəyi inək dərhal seçilir. Brendin fərqliliyi də belədir.
Nümunə
"Tesla" - elektrik maşınını ekoloji yox, “cool və sürətli” məhsul kimi təqdim etdi
"Dyson"- fərqli dizayn və texnologiya ilə süpürgə bazarında seçildi
"Ben & Jerry’s" - dondurmanı dadla deyil, yumor və aktivistlik hekayəsi ilə satdı
"Tribes" - Qəbilələr
İnsanlar məhsulu deyil, aidiyyət hissini alırlar. Brend ətrafında yaranan kiçik qəbilələr markanı özləri təbliğ edir.
Nümunə
"Apple" - istifadəçilər məhsuldan çox həyat tərzini mənimsəyirlər
"Harley-Davidson" - müştərilər özlərini brendin bir hissəsi kimi görürlər
"CrossFit" - sadəcə fitness proqramı deyil, güclü icma kimliyi
Hekayə gücü
Müştəri məhsuldan çox onun haqqında hekayəni alır. Yaxşı brend yaxşı hekayədir. Hekayə insanın öz inancını gücləndirməlidir.
Nümunə
"Nike" - ayaqqabı deyil, “özünü aşma” hekayəsi
"Airbnb" - otaq kirayəsi deyil, “yerli kimi yaşamaq” təcrübəsi
"Patagonia" - paltar deyil, “planetimizi xilas etmək” missiyası
Təsir
Reklam büdcəsi deyil, fərqlilik əsasdır. Brend uzunömürlü olmaq üçün icma və hekayə yaratmalı, müştərinin icazəsini və inamını qazanmalıdır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025