Magistratura karyera üçün bir fürsət ola bilər - Ekspert

Redaktor

17.03.2025 14:42
532

Magistratura karyera üçün bir fürsət ola bilər - Ekspert

Təhsil alarkən oxuduğumuz ixtisas üzrə peşəkarlaşmaq üçün bir neçə təhsil pilləsini atlamalıyıq. Bunlardan biri də magistratura pilləsidir. Çox adam düşünür ki, magistratura təhsili yalnız universitetdə müəllim işləyənlər üçün lazımdır.  Magistr təhsilinin anlamı nədir və bizə nə qatmalıdır?

Valyuta.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, magistratura peşəyə yiyələnməyin bir mərhələsidir: “Magistr sözünün mənası "ustalaşma" deməkdir. Bakalavr fundamental, bünövrə əmələ gətirən ali təhsil səviyyəsidir. Magistratura isə ümumi aldığımız təhsilin içərisindən özümüzə bir budaq, yol, cığır seçib orada artıq ustalaşmağa başlamaqdır. Yəni, bakalavr təhsili ilə peşəyə sahib olmaq olmur. Məsələn, Qərbi Avropa, yaxud Estoniya, Finlandiya, Amerika ölkələrinin pedoqoji fakültələrinə baxdıqda onların pedoqoji peşələrə yönəlmək üçün bakalavrı yetərli deyil. Yəni, bakalavrla müəllimlik peşəsinə yiyələnə bilmirlər. Məsələn, biologiya, kimya, fizika hər hansı bir bakalavr məzunu ümumi bir fənn üzrə ixtisaslaşır, amma bu ixtisası harada istifadə edəcək? Pedoqoji sahə, laboratoriya, tibb və.s-ləri qeyd etmək olar. Məsələn, biologiya ixtisasından məzun olan adam əgər pedoqoji sahədə kurikulum və ya təhsilin idarə olunması kimi ixtisaslarda magistratura oxuduğu zaman müəllim ola bilir, amma farmakologiya sahəsində magistratura oxuduğu zaman artıq tibb sahəsi, əczacılıq üzrə işləyə bilir. İqtisadiyyat sahəsində də belədir. İqtisadiyyatdan məzun olan şəxs mütləq ki, maliyyə, mühasibatlıq bunun alt sahələrindən birində magistratura oxumalıdır ki, o sahədə işləyə bilsin".

Bakalavr tam ali təhsil sayılmır

Ekspert deyir ki, hətta magistratura artıq şərt kimi qəbul edilir: "Yəni, təkcə Azərbaycan yanaşmasında universitetdə işləmək üçün lazım olan bir sənəd deyil. Hətta magistratura peşəni dəyişdirmək üçün bir fürsətdir. Məsələn, illərlə müəllim işləyən biri mühəndis olmaq istəyən 1-2 illik magistratura proqramlarına qeydiyyatdan keçib, təhsil alıb işləyə bilərlər. Magistratura təhsili alaraq karyeralarında yeni səhifə aça bilərlər".

Azərbaycandakı magistratura təhsili yetərli deyil

Q.Məhərrəmov ölkəmizdə insanların magistratura pilləsinə yanaşmasından, vəziyyətindən danışdı: “Ölkəmizdə bu təhsil pilləsi keyfiyyət baxımından sual altındadır. Çünki bir çoxunda səliqəli, uyğun, keyfiyyətli dərs keçilmir. Tələbələrin elmi işləri keyfiyyətli deyil, tədqiqat metodları öyrədilmir. Ona görə də magistrlar bakalavr təhsilində öyrəndiklərini yenidən öyrənmiş olurlar. Bu halda magistratura əlavə bilik qatmır. Düşünürəm ki, magistratura təhsili yenilənməli, düzəlişlər edilməlidir. Yeni nə isə yoxdursa, o zaman niyə gənclər vaxtını itirməlidir? Bu düşüncəni yaradan amillər əsasən universitetdəki magistratura proqramlarının bazara uyğunsuzluğudur, kurikulumların uyğunsuzluğudur. Universitet rəhbərlərinin bu işlərə ciddi yanaşmamasıdır. Bəzi universitetlərin tədris etdiyi ixtisaslardakı işi keyfiyyətlidir, amma əksərində bu keyfiyyət görülmür".

Sərvanə Rəmixanova 

Magistratura karyera üçün bir fürsət ola bilər - Ekspert

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

5 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib

12.03.2026

Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR

12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

12.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər

12.03.2026

"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb

12.03.2026

"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır

12.03.2026

Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi

12.03.2026

"Replit" 400 milyon dollar investisiya cəlb edib

12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır?

YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL

12.03.2026

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

12.03.2026

Sabahın hava proqnozu

12.03.2026

Məzənnə

Yüklənir...