“Nimesil” Azərbaycanda qadağan ediləcək? - AÇIQLAMA

Redaktor

04.02.2025 16:05
379

“Nimesil” Azərbaycanda qadağan ediləcək? - AÇIQLAMA

Bir müddətdir ağrıkəsici kimi istifadə olunan “Nimesil”in insan orqanizminə zərərləri müzakirə olunur. İddia olunur ki, bu dərman qaraciyərdə ağır fəsadlara səbəb olur, zədələnmələr yaradır.

Artıq sözügedən dərman vasitəsi təhlükəsizliklə bağlı narahatlıqlar doğurduğu üçün ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya kimi ölkələrdə istifadəyə yararsız hesab olunur.

Azərbaycanda da geniş istifadə olunan bu ağrıkəsici vasitə qadağan oluna bilərmi? Hansı hallarda dərmanın satışına icazə verilmir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, istənilən dərman vasitəsi ölkəmizə idxal edilərkən, idxalına icazə verilmədən əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dövlət qeydiyyat məlumatları ilə uyğunluğu laboratoriya yoxlamasından keçir və dərman vasitəsinin idxalı zamanı tələb olunan sənədlərin uyğunluğu da təsdiq olunduğu təqdirdə idxal icazəsi verilir:

“Dərman vasitəsinin dövlət qeydiyyatının ləğv edilməsi və dolayısı ilə dövriyyədən çıxarılması ilə əlaqədar, hər bir dərman vasitəsinin müvafiq risklərinə tərəfimizdən nəzarət edilir və təhlükəsizliyi ilə bağlı məlumatların monitorinqi aparılır. Dərman vasitəsinin riskləri ilə bağlı məlumatlara nəinki ölkəmiz daxilində, eyni zamanda dövlət qeydiyyatında mövcud olduğu digər ölkələrdən (digər ölkələrin Tənzimləyici Qurumlarının rəsmi internet səhifələrindən) əldə olunan məlumatlara istinadən emal olunur. Ümumilikdə hər bir dərman vasitəsinin (Nimesil də daxil olmaqla) riskləri (hepatotoksiklik riski və s.) onun faydalarından üstün olduğu zaman dərman vasitəsinin ölkədə qeydiyyatı ləğv edilə, istifadəsi məhdudlaşdırıla və ya dövriyyəsinə qadağa qoyula bilər”.

Qurumdan, həmçinin bildirilib ki, dərman vasitəsinin dövlət qeydiyyatı aşağıdakı hallarda ləğv edilə bilər (müvafiq olaraq istifadəsinə qadağan edilə bilər): 

- ölkə daxilində və ya xaricində yaranan dərman vasitəsinin təhlükəsizliyi ilə bağlı yeni məlumatlar əldə edildiyi zaman; 

- dərman vasitəsinin risklərinin faydalarından yüksək olduğu qərarına gəlindiyi zaman;

- dərman vasitəsinin istifadəsi zamanı yaranan ciddi əlavə təsirlərinin sayında artım müşahidə olunduğu hallarda (dərman vasitəsinin istifadəsi zamanı ölüm hadisəsinə səbəb olan, insan həyatı üçün təhlükə yaradan, müalicə-profilaktika müəssisəsinə yerləşdirməyə və ya müalicə-profilaktika müəssisəsində qalma müddətinin uzanmasına, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya əlilliyə, o cümlədən, sağlamlıq imkanları məhdudluğuna, yaxud anadangəlmə anomaliyaya və ya inkişaf qüsuruna səbəb olan hər hansı mənfi reaksiyalar).

- dövlət qeydiyyatına alınmış dərman vasitəsinin riskləri ilə əlaqədar dövlət qeydiyyatından sonrakı təhlükəsizlik tədqiqatının aparılması və nəticədə dərman vasitəsinin təhlükəli olduğu sübut olunması;

- dövlət qeydiyyatına alınmış dərman vasitəsinin dərman vasitəsinin effektivliyinin sübut olunması üçün dövlət qeydiyyatından sonrakı effektivlik tədqiqatının aparılması və nəticədə effektivliyin sübut olunmaması.

Qeyd edək ki, daha əvvəl AEM bu qrup dərman vasitələrinin həkim resepti əsasında buraxıldığını və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməli olduğunu açıqlamışdı. Bildirilirdi ki, bu kimi riskləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkimi tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı nisbət qiymətləndirilməlidir. Eyni zamanda açıqlanmışdı ki, nimesulid tərkibli dərman vasitələri xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrindən deyil. Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qaraciyər toksikliyi riski nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin müvafiq risklər  nəzarətdədir və izlənilməyə davam edilir.

©qafqazinfo.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Məzənnə

Yüklənir...