“Chatgpt” xoş danışığa daha yaxşı cavab verir? - Süni intellekt mütəxəssisi ilə müsahibə

Redaktor

23.04.2025 11:40
1,000

“Chatgpt” xoş danışığa daha yaxşı cavab verir? - Süni intellekt mütəxəssisi ilə müsahibə

“Chatgpt” kimi süni intellekt proqramlarından gündəlik hər birimiz istifadə edirik. Bir çoxumuz onunla dostumuz kimi, salam, sağ ol, təşəkkürlər, keyfin necədir? - kimi suallarla danışırıq. Amma Open Aİ-nin direktoru Sam Altman dedi ki, təkcə bu cür danışığımız onlara milyonlara başa gəlir. Bu texnologiya bizim üçün yenidir. Bəs nələri yanlış edirik?

Bu mövzuda Valyuta.az-ın suallarını “Mindsoft” MMC-nin təsisçisi, süni intellekt mütəxəssisi Vüsal Orucov cavablandırdı.

- Vüsal bəy, Sam Altmanın “Chatgpt” ilə bağlı fikirləri son vaxtlar müzakirə edilir. Niyə süni intellektlə bu cür danışırıq?

- İstifadə etdiyimiz “chatbotlar” o qədər real və dostcanlı cavab verir ki, biz onun süni intellekt olduğunu unuduruq. Və çox vaxt onun nəzakətinə uyğun və yaxud psixologiyada belə bir şey var ki, kimsə sənə kömək edirsə, ona təşəkkür etmək istəyirsən. Və bu bilərəkdən və yaxud bilməyərəkdən baş verir. Sam Altmanın vurğulamaq istədiyi əsas məsələ bizim ChatGPT-dən istifadə etdikdə israfa yol verməməyimizi istəməsidir.

- Bizim üçün sadə görünən bu danışıq niyə şirkətə milyonlara başa gəlir?

- Belə ki, bu cür hal - “əvvəl” hal-əhval soruşub, sonda “təşəkkür etmək” - görünür, tək-tək hallarda yox, bunu daha çox kütlə etdikdə, nəticədə ciddi maliyyə itkisinə səbəb olur. İstifadəçi sayı çoxaldıqda, resurslar gücünü artıraraq işləyir. Nəzərə alsaq ki, bütün modellər – yəni süni intellekt modelləri, bizə cavab verən ChatGPT özü - GPU (qrafik kartlar) üzərində işləyir və yüksək performans tələb edir. Bunlar da sistemə istifadə çoxaldıqca GPU qızma yaradır və bunların soyuması üçün daha çox soyutma gücü tələb olunur. Həmçinin, istifadə halları artdıqca daha da resursa ehtiyac yaranır. Nəzərə alsaq ki, bu cihazlar çox bahalı olur və tez sıradan çıxa və tez-tez dəyişməyə ehtiyac duyulur. Bir sözlə, israfçılıq əlavə maliyyət yaradır.

- “Chatgpt"yə birbaşa cavab almaq istədiyimiz sualı yazmaq və mehriban danışıqdan sonra sual vermək. Onun bizə verəcəyi cavabda fərq yaradır?

- Sosial şəbəkələrdə belə bir şey də yayılmışdı: insanlar süni intellektlə nəzakətli davrandığı zaman daha yaxşı və daha doğru cavab verdiyini paylaşırdılar. Məncə, bu əsas səbəb deyil. Əsas məsələ düzgün “prompt” yazmaq, yəni yazdığımız əmrin daha aydın olmasıdır. ChatGPT-nin necə davranacağını mənimsəsək, istədiyimiz nəticəni 10-15 əmrdən sonra deyil, 1-2-ci cəhdimizdə də ala bilərik.

- Bəzən insanlar dostları kimi “Chatgpt” ilə söhbətləşirlər. Dostumuzla söhbətləşəcəyimiz platforma kimi istifadə etməliyikmi?

- Məncə, israfçılığa yol vermədən, əgər adam özünü depressiv hiss edirsə və bu kimi söhbətlərdən daha yaxşı hiss edirsə, yəni bir psixoloji kömək kimi istifadə edirsə, daha yaxşı olar. Bəzən tərsinə də ola bilər. Nəzərə alsaq ki, bir qoca kişiyə “sən get öl” demişdi - belə hallar da olur. Yəni tərs effekt də verə bilir. Ona görə girdiyimiz hər əmri, cümləni diqqətli yazsaq, daha gözəl cavablar ala bilərik.

- Proqramı yaradanlar niyə bu kimi funksiyaları deaktiv etmirlər?

- Prinsipcə olar, amma bunlar general dil modeli olduğu üçün bəzən məhdudlaşdırılmır. Ümumi şeyləri yox, çox kritik məlumatları etmək olar. DeepSeek deyilənə görə bəzi məhdudlaşdırmalar etmişdir. Çinə aid cavablarda bildiyi halda standart cavablar verir.

- Ümumiyyətlə, dünya üçün “Chatgpt” yenidir. Bundan istifadə ilə bağlı zamanla məlumatlandırma olmalıdır?

- Bəli, tez-tez süni intellekt sevənlər “prompt engineering” haqqında yazırlar və bir çox onlayn kurs platformalarında kurslar mövcuddur. Və nəzərə alsaq ki, artıq iş yerləri də tələb edir. Elə bu baxımdan da OpenAI-nin özü //academy.openai.com təhsil platforması çıxarıb, sırf insanların maariflənməsi üçün.

- Necə düzgün “prompt” yazmalı?

- Konkret və qısa sual vermək, istədiyinizi əvvəldən dəqiq izah etmək və s. məsələlərə diqqət etmək lazımdır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Məzənnə

Yüklənir...