“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Redaktor

29.05.2025 09:57
1,206

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

“Azər-Türk Bank”ın rəhbərliyi 2024-cü ildə 1 milyon 449 min manat gəlir əldə edib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, bu, 2023-ci ilə nisbətən 42,3% və ya 431 min manat çoxdur. Belə ki, 2023-cü ildə bankın rəhbərliyinin gəlirləri 1 milyon 18 min manat təşkil edib.

Bank rəhbərliyinə ödəmələr ümumilikdə işçi heyətinə ödənişlərin 4,9%-ni təşkil edib.
 
Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasına daxil olan şəxslərin sosial ödəmələri və əməkhaqları daxildir. Belə ki, sözügedən gəlirlərin 261 min manatı sosial ödəmələrə yönəldilib. Bu, 2023-cü ilə nisbətən 30,5% çoxdur.

Ödənişlərin 1 milyon 188 min manatını isə əməkhaqları təşkil edib. Son bir ildə ATB rəhbərliyinin əməkhaqları 45,2% artıb. Belə ki, 2023-cü ildə bank rəhbərliyi ümumilikdə 818 min manat əməkhaqqı ödənilib.

Hazırda bankın rəhbərliyində 8 nəfər təmsil olunur. Bura bankın Müşahidə Şurasının sədri Əlixanov Ruslan, MŞ-nin iki üzvü- Günel Nəbiyeva və Pərvin Manafov, İdarə Heyətinin sədri Orxan Hüseynov, İH-nin üzvləri İslam Musayev, Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərov daxildir. Bu isə o deməkdir ki, 2024-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 181 min manat təşkil edib. 2023-cü il üzrə bu rəqəm 102,3  min manat təşkil edib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,4%-i Türkiyənin "Ziraat Bank"ına, 1,1%-i "Ziraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta"ya, 5%-i isə "Qala Həyat Sığorta"ya məxsusdur.

Nara

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Məzənnə

Yüklənir...