Redaktor
Kreditlə maşın almaq istəyənlər bu 3 problemi mütləq bilməlidir
Müasir dövrdə avtomobil yalnız nəqliyyat vasitəsi deyil, eyni zamanda şəxsi rahatlığın və sosial statusun göstəricisinə çevrilmişdir. Azərbaycanda əhalinin bir çoxu avtomobil almaq üçün kredit imkanlarına üz tutur. Lakin kreditlə maşın alma prosesi bəzən vətəndaşlar üçün çətinliklər və risklərlə müşayiət olunur.
Azərbaycanda kreditlə maşın almaqda əsas problemlər nələrdir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Radji Güləmirov bildirib ki, Azərbaycanda kreditlə maşın almaq istəyənlərin qarşısında bir neçə ciddi çətinlik dayanır:
"Birincisi, faizlərin yüksək olmasıdır. Məsələn, 20-25 min manatlıq bir maşın götürdükdə, 4-5 il ərzində maşının dəyərindən qat-qat artıq, bəzən 35-40 min manat ödəməli olursan. Bu isə çoxlarını kredit götürməkdən çəkindirir. İkincisi, ilkin ödənişin böyük olmasıdır. Banklar adətən avtomobilin qiymətinin 30-50 faizini əvvəlcədən ödəməyi tələb edir. Məsələn, 25 min manatlıq maşın üçün 7-12 min manat nağd ödəmək lazımdır. Bu məbləği toplamaq hər kəs üçün asan məsələ deyil. Üçüncü problem isə kreditin əsasən yeni maşınlara verilməsidir. Çox vaxt banklar yalnız salonlardan satılan avtomobillərə kredit ayırır. İkinci əl bazarında isə imkanlar ya məhduddur, ya da demək olar ki, yoxdur. Nəticədə alıcı ya daha baha başa gələn yeni maşını seçməli, ya da köhnə maşını nağd almağa məcbur qalır. Mənim fikrimcə, Azərbaycanda kreditlə maşın almağın əsas çətinlikləri məhz yüksək faizlər, ağır ilkin ödəniş və ikinci əl bazarında məhdud imkanlarla bağlıdır".
Azərbaycanda ən çox satılan ikinci əl avtomobillər hansılardır?
Ekspert bildirib ki, ikinci əl bazarında ən çox satılan modellər "Hyundai Accent" və "Kia Cerato"dur:
"Qiymətləri münasibdir, ehtiyat hissələri ucuz və rahat tapılır, üstəlik servis şəbəkəsi də kifayət qədər genişdir. Bahalı seqmentdə isə ikinci əl bazarında əsasən Toyota Prado, Lexus RX və Mercedes-Benz E-Class, C-Class modelləri aktiv satılır. Bu avtomobillər həm dözümlüdür, həm də alıcı üçün prestijli seçim hesab olunur. Son illərdə Çin avtomobillərinin ikinci əl bazarında payı da artıb. Xüsusilə Chery Tiggo, Haval Jolion, Geely Coolray artıq satış elanlarında tez-tez görünür. İndi buna Changan və BYD də qoşulub. İnsanlar bu maşınları yeni alanda münasib qiymətə aldıqları üçün sonradan satmaq da rahatdır".
Ekspert qeyd edib ki, yaxın illərdə Çin markaları ikinci əl bazarında daha güclü mövqeyə sahib olacağı gözlənilir.
©milli.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025