Redaktor
Kosmetika milyarderinin 500 milyon dollarlıq incəsənət kolleksiyası hərraca çıxarılır
Kosmetika maqnatının 500 milyon dollarlıq incəsənət kolleksiyası hərraca çıxarılır - Van Qoq, Klimt və Matisse əsərləri satışda
Mərhum kosmetika milyarderi Leonard Lauderə məxsus 50-dən çox əsər növbəti həftə “Sotheby’s” tərəfindən hərraca çıxarılacaq. Satışın ümumi dəyərinin 500 milyon dollara yaxın olacağı gözlənilir.
Valyuta.az xəbər verir ki, kolleksiyaya Gustav Klimt, Edvard Munk, Anri Matisse və Vinsent Van Qoqa aid orijinal əsərlər daxildir.
Ən dəyərli əsərlər
Avstriyalı rəssam Gustav Klimtin üç əsəri ilk dəfə satışa çıxarılır və onların ümumi dəyəri azı 300 milyon dollar təşkil edəcək. Onlardan biri “Elisabeth Ledererin portreti” - rəssamın rekord qiymətə satılacağı gözlənilən əsəridir.
Məşhur fransız rəssamı Anri Matisse-in altı heykəli də kolleksiyada yer alır. “Sotheby’s” bu əsərlərin ümumi dəyərinin təxminən 40 milyon dollar olduğunu, ən iri əsərlərindən birinin isə 12-18 milyon dollar arası qiymətə satılacağını bildirib.
55 əsərlik kolleksiyada həmçinin Edvard Munkun “Yay Gecəsi” (Sankthansnatt) adlı rəsm əsəri, Van Qoqun qələm və mürəkkəblə işlənmiş eskizi, Agnes Martin və Pablo Pikassoya məxsus bir neçə əsər də var.
Hərracda ən bahalı əsərlər:
Gustav Klimt – “Elisabeth Ledererin portreti”: təxminən 150 milyon dollar
Gustav Klimt – “Çiçəkli çəmənlik”: 80 milyon dollar
Gustav Klimt – “Attersee meşə yamacı”: 70 milyon dollar
Edvard Munk – “Yay Gecəsi”: 20-30 milyon dollar
Henri Matisse – “Figure décorative”: 12-18 milyon dollar
Agnes Martin – “The Garden”: 10-15 milyon dollar
Henri Matisse – “La Serpentine”: 9-12 milyon dollar
Vincent van Gogh – “Gün batımında buğda tarlasında səpən adam”: 8-10 milyon dollar
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərVüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025