Redaktor
Kibertəhlükəsizlik şirkəti 35 milyon dollar investisiya alıb
Süni intellekt dəstəkli kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "Sola Security" 35 milyon dollar investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, bununlada 2023-cü ildə təsis olunan şirkətin ümumi investisiya həcmi 65 milyon dollara çatıb.
"Sola Security" yeni maliyyə dəstəyindən məhsul inkişafı, elmi-tədqiqat və beynəlxalq miqyasda böyüməni sürətləndirmək üçün istifadə edəcəyini bildirib.
Guy Flechter və Aner Cohen tərəfindən qurulan "Sola Security" əsasən süni intellekt dəstəkli kibertəhlükəsizlik platforması təqdim edir. Bu platforma şirkətlərə öz təhdid aşkarlama tətbiqlərini sürətli və elastik şəkildə inkişaf etdirmək imkanı verir. İstifadəçilərdən tələb olunan yeganə şey, hansı sistemlərin izlənəcəyini və hansı tip təhlükəsizlik boşluqlarının nəzarətə alınacağını müəyyənləşdirməkdir.
Sistem izlənilən infrastrukturdan təhlükəsizlik məlumatlarını toplayaraq analiz edir, avtomatik olaraq SQL sorğuları yaradır və potensial riskləri müəyyənləşdirir. Şifrlənməmiş "Amazon S3" yaddaş sahələrini və ya həddindən artıq səlahiyyət verilmiş istifadəçi hesablarını aşkarlaya bilir. Bundan əlavə, platforma tapıntıları qrafiklər vasitəsilə vizuallaşdırır, yeni təhlükəsizlik boşluqlarını mütəmadi şəkildə skan edir və aşkarlananda xəbərdarlıq verir. Daxili çatbot sayəsində istifadəçilər məlumatları təbii dildə verilən suallarla araşdıra bilirlər. Bundan başqa, "graph research" funksiyası bir sistemdəki boşluğun digər infrastruktur vahidlərinə yayılma riskini təhlil etməyə imkan verir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025