"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

Redaktor

09.06.2026 17:05
80

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

Müasir kibertəhlükəsizlik yanaşmaları artıq statik məlumatların təhlilinə deyil, real vaxt rejimində baş verən təhdidlərə operativ cavab verməyə əsaslanır.

Valyuta.az xəbər verir ki, bunu Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”da çıxışı zamanı “Azercell Telecom” MMC-nin Daxili Audit Departamentinin direktoru Ziya İbrahimov bildirib:

"Aparıcı ödəniş sistemlərindən birinin məlumatına görə, hər dəqiqə təxminən 200 unikal kiberhücum qeydə alınır".

Onun sözlərinə görə, banklar, fintexlər və digər rəqəmsal xidmətlərin yaratdığı geniş ekosistem hücum səthini artırır və təşkilatları daha böyük risklərlə üz-üzə qoyur.

Z.İbrahimov qeyd edib ki, kibercinayətkarlıq artıq ayrıca biznes modelinə çevrilib. Bu sahədə fəaliyyət göstərən qruplar maliyyə resurslarına, komandaya və peşəkar alətlərə malikdirlər ki, bu da təhdidlərin miqyasını daha da böyüdür.

O vurğulayıb ki, təşkilatlar bütün hücumların qarşısını ala bilməsələr də, dayanıqlı sistemlər qurmaqla risklərin təsirini minimuma endirə bilərlər. Bunun üçün böhran ssenarilərinin mütəmadi sınaqdan keçirilməsi, rəhbərlik səviyyəsində koordinasiyanın gücləndirilməsi və insan amilinə investisiyanın artırılması vacibdir.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı

09.06.2026

Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?

09.06.2026

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

09.06.2026

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

09.06.2026

"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq

09.06.2026

"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi

09.06.2026

AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası  ®

09.06.2026

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

09.06.2026

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

09.06.2026

İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

09.06.2026

Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA

09.06.2026

"BakıKart"ın qiyməti artdı

09.06.2026

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər

09.06.2026

Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib

09.06.2026

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

09.06.2026

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

09.06.2026

Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?

09.06.2026

Bakıda kirayə mənzillər UCUZLAŞACAQ

09.06.2026

AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb

09.06.2026
“AL Market”ə yeni marketinq direktoru təyin olundu

“AL Market”ə yeni marketinq direktoru təyin olundu - FOTO

09.06.2026

Məzənnə

Yüklənir...