Keçmiş deputata məxsus şirkətin anbarında oğurluq

Redaktor

26.09.2025 12:23
288

Keçmiş deputata məxsus şirkətin anbarında oğurluq

"Kontakt Home" mağazalar şəbəkəsinin sahibi "ABC-Telecom" şirkətinin anbarında oğurluq hadisəsi baş verib. 

Oğurluğu anbarda fəhlə işləyən şəxslərdən biri törədib. O, əvvəlcə anbardan dəyəri 2 850 manat təşkil edən 1 ədəd "İPhone 15 Pro 128GB" markalı mobil telefon oğurlayıb. 

Daha sonra həmin fəhlə dəyəri 2 199 manat olan 2 ədəd "İPhone 15 Pro 128GB" markalı mobil telefonu və dəyəri 69,99 manat təşkil edən 1 ədəd "Apple 20W USB-C adapter MHJE3ZM/A" markalı adapteri əynindəki gödəkçəsinin altına yerləşdirərək ətrafdakılardan gizli şəkildə anbarın başqa hissəsində gizlədib. İş vaxtının sonunda həmin əşyaları götürmək istəsə də, cəhdi baş tutmayıb. O, müşahidə kameralarına düşüb və oğurluğun qarşısı alınıb. 

Bundan sonra onun birinci dəfə törətdiyi əməl də üzə çıxıb. Baş verənlər barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 177.2.2-ci maddəsi ilə cinayət işi başlanıb və həmin fəhlə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılıb. 

Fəhlə verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 6  ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

"ABC-Telecom" MMC keçmiş deputat Elnur Allahverdiyevin şirkəti kimi tanınır. Elnur Allahverdiyev 2020-ci ilə "ABC-Telecom" MMC-yə rəhbərlik edib. Həmin ildə deputat seçilib. Bundan sonra şirkətin rəhbərliyindən istefa verib. 
VI çağırış Milli Məclisin deputatı olan Elnur Allahverdiyev parlament seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsini təmsil edib. 

©Qaynarinfo.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...