“Kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yox, qiymətlər ucuz”

Redaktor

17.09.2025 11:40
182

“Kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yox, qiymətlər ucuz”

“Biz qəbul yerlərini 80-100 minə çatdırmalıyıq. Narazılıqlar ortaya çıxır, abituriyentləri xaricdə təhsil adı ilə aldadırlar, elə universitetlərə göndərirlər ki, onun diplomu burada tanınmır”.

Bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili deyib ki, ondansa, Azərbaycanın rayonlarında, regionlarda özəl universitetlər yaratmaq lazımdır: “Ən azından bilək ki, 4 ildə milli kadr yetişdiririk, xarici qüvvələrin təsiri altına düşməyəcək. Elm və Təhsil Nazirliyini hətta məcbur edək ki, qəbul yerlərini artırsın. Bəzi məqamlarda bizim abituriyentlərin hüquqları pozulur. Alternativ biliyi müəyyənləşdirən testlər var, beynəlxalq standartlara cavab verir. Azərbaycanda bir neçə universitet bu testlər nəticəsində əldə edilmiş sertifikatla abituriyent qəbul edir. Ancaq burada hüquqlar pozulur. Saxta sertifikatları bizim aidiyyəti qurumlar müəyyənləşdirə bilmir. Nəticədə ədalətli bal toplayan Azərbaycan övladları həmin universitetlərə qəbul ola bilmir. Bu məsələyə dövlət əl qoymalıdır, aidiyyatı qurumlar nəzarət etməlidir. 

İkincisi, digər universitetlərimiz alternativ yollarla tələbə qəbuluna start verməlidir. Naxçıvanın elə böyük potensialı var ki, orada hələ 5 universitet yaradıla bilər. Yollara baxırsan, infrastruktura baxırsan, adam həsəd aparır. Deyirsən, kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yoxdur, qiymətlər çox ucuz. Adamın köçüb Naxçıvanda yaşamağı gəlir. Naxçıvanda universitetlər artırılsın ki, tələbələrimiz gedib Naxçıvanda oxusun”.

Deputatın sözlərinə görə, sərnişinlərin də hüquqları pozulur: “Aidiyyəti qurumlar bir problemi həll edirlər, adamın ürəyi açılır, ancaq əlavə problem ortaya çıxır. İctimai nəqliyyat inkişaf etdirilir, avtobuslar alınır, avtobus yolu çəkirlər, hər şey superdir. Ancaq digər tərəfdən şəxsi avtomobillə öz problemini həll etmək istəyən insanlara çətinlik yaranır. Eyni problemi bu gün Gəncədə də görə bilirik. Gəncədə yol problemi var idi, indi dövlətin dəstəyi ilə yollar bərpa olunur. Ancaq balaca yolda avtobus zolağı çəkiblər, orada onsuz da 2 avtomobil zülmlə keçir. Bakıdakı tıxac bu gün Gəncəyə gedib çıxıb. Aidiyyəti qurumlara səslənirəm, qaş düzəldən yerdə, vurub göz çıxartmayaq. Bakı və Gəncə bir ola bilməz. İnsanların, xüsusilə sərnişinlərin hüquqlarını pozmayaq, həll yolları axtaraq”.

©Qafqazinfo.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...