Redaktor
Kart oğurluğunda kim günahkardır: bank, yoxsa müştəri?
Bank kartlarından oğurluq halları tez-tez baş verir. Bu zaman müştəri bəzən külli miqdarda pulunu itirir. Müştəri bu zaman bankı günahlandırır və pulunu geri tələb edir. Bank isə bildirir ki, səbəb müştəridir, kart məlumatlarını üçüncü şəxslərə təqdim etdiyi üçün bu problem yaşanır. Həqiqətən, həmişə problem müştəriyə bağlı olur?
Bank eksperti Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında qeyd edir ki, əksər zaman kart oğurluğu ilə bağlı hallarda günah birbaşa müştərinin özündə olur: “Çünki müştəri kart məlumatlarını kiməsə ötürür. Bu, əsasən iki formada baş verir: Birinci forma odur ki, müştərinin telefonuna zəng edərək özünü bank əməkdaşı kimi təqdim edən dələduz onun kart məlumatlarını öyrənir. Halbuki, son illərdə banklar tərəfindən dəfələrlə bildirilib ki, bank əməkdaşları telefonda heç vaxt kart məlumatlarını soruşmur. Müştərilərə də heç kəsə bu məlumatları təqdim etməmələri mövzusunda xəbərdarlıq edilir. İkinci formada idə, müştəri tanınmamış internet saytında alış-veriş edir və bütün kart məlumatlarını saytda paylaşır. Nəticədə məlumatları oğurlanır”.

Ekspert qeyd edir ki, bəzi hallarda günah bankın özündə də ola bilər: “Əgər bank işçiləri məlumatları ötürürsə və ya hakerlər bankın təhlükəsizlik sistemini sındıraraq daxil olursa, bu halda məsuliyyət bankın üzərinə düşür. Müştəri bu vəziyyətdə məhkəməyə müraciət edə bilər. Lakin bu, kifayət qədər çətin prosesdir”.
“Bu səbəbdən müştərilərə tövsiyə olunur ki, kartda çox böyük məbləğdə pul saxlamasınlar və pullarını bir kartda deyil, müxtəlif bank kartlarında bölüşdürsünlər. Beləliklə, hər hansı bir kartda problem yarandıqda böyük məbləğdə itki yaşanmaz” - deyə ekspert Ə.Həsənov deyir.
Tənzilə Ağabalayeva
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025