Redaktor
İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?
Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Bu dünya təcrübəsində geniş tətbiq olunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil. Bu özü-özlüyündə metodoloji yanaşmalara zidd olar.
Bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” Qanunda dəyışiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Direktor müavini vurğulayıb ki, təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılıb.
“Hər hansı əlavə tarif elementlərinin tətbiqi hər hansı formada qadağan deyil və tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin sabit və dəyişkən xərclər baxımından strukturlaşdırılması, o cümlədən xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.
Fərz edək ki, 2 abonentimiz var, birinin 1, digərinin 2 mənzili var, hər ikisinin istehlak səviyyəsi eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindən baxdıqda 1 və 2 mənzili olan abonent eyni ödənişləri edir. Dəyuişiklikdəm sonra 3 mənzilin infrastuktur xərcləri 2 abonent arasında bölüşdürüləcək. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasını sabit tarif elementinin tətbiqində görürük. Sahə üzrə xərclər hətta istehlak olmasa belə, həmin abonentin xərclərinə aid ediləcək”, - deyə o qeyd edib.
©trend
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026