Redaktor
İşə qəbulda tanışlıq faktoru artıq keçmişdə qalır
Tez-tez iş tapmaqda çətinlik çəkənlər bildirirlər ki, işə qəbul olunmamaqlarının əsas səbəblərindən biri də tanışlıq faktorunun onlardan daha ön plana çıxmasıdır. Yəni iş yerlərində əlaqələri olan şəxslərin daha çox üstünlük qazanması, işə qəbul prosesinə təsir göstərir. Bəs bu həqiqətən belədirmi?
HR İlkin Mirzəzadə Valyuta.az bildirir ki bu heç də belə deyil: “Karyera yüksəlişində tanışlıq faktoruna artıq çox az hallarda rast gəlinir. Buna səbəb, iş yerlərində performans, bacarıq və işə sərf edilən əməyə daha çox önəm verilməsidir. Çünki tanışlıq vasitəsilə yalnız müəyyən bir yerə qədər irəliləmək mümkündür. Bir müddətdən sonra işçinin işə heç bir faydasının olmadığı müəyyən edilir. Nəinki işə xeyir vermək, bəzən ziyan da verilir ki, bu da həm işçiyə, həm də rəhbərliyə zərər gətirir.

Tanışlıqla karyera yüksəlişi bəlkə 15 il əvvəl daha rahat idi. İndiki dövrdə isə tanışlıqla hər hansı bir işdə mövqe tutmaq çətindir. Hətta dövlət və özəl qurumlar belə performansı yaxşı olan, şirkətə qatqısı olan, çevik, bacarıqlı və s. kimi üstünlükləri olan işçiləri seçməyə üstünlük verirlər.
Əgər işçi həqiqətən yaxşı performans göstərirsə, tapşırıqları yerinə yetirirsə, öz kreativliyini ortaya qoyursa və fikirlərini bölüşürsə, bu onun yüksəliş qərarına birbaşa təsir edir”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025