İşçilərlə necə danışmaq lazımdır?

Redaktor

23.08.2025 08:30
282

İşçilərlə necə danışmaq lazımdır? - SƏHƏR OXUSU

Rəhbər və ya menecer olmaq çətindir, çünki vəzifəniz işçilərinizin əlindən gələnin ən yaxşısını etmələrini təmin etmək və şirkət üçün daha yaxşı nəticələr əldə etməkdir. Sizinlə işləyən insanlar hər zaman sizi razı və xoşbəxt etmək istəyəcəklər. Bu, üstünlük kimi görünə bilər və işçilərin iş motivasiyasına daha çox töhfə versə də, patron və ya menecer olaraq ehtiyaclarınızı şirkət işçilərinə açıq şəkildə çatdırmağınız vacibdir.

Bir rəhbər və ya menecer çəkinmədən danışa bilmirsə, şirkəti problemsiz şəkildə idarə etməkdə uğurlu ola bilməz. Patron və işçilər arasında ünsiyyət maneələrinin olduğu bir ofisdə məyusluqlar olacaq və mühit daha qapalı bir hala çevriləcək. Əlbəttə ki, sizinlə işləyən işçilərlə hər mövzuda birbaşa ünsiyyət qurmaq çətin ola bilər, çünki bəzən açılmaq istəməyən tərəf işçiləriniz olur. İşçilərinizlə necə danışacağınızla bağlı bəzi ipuclarını bilmək vacib olsa da, əvvəlcə işçilərinizin sizə niyə açılmadığını və ya sizinlə açıq şəkildə danışmadığını bilmək daha önəmlidir.

Valyuta.az sizə işçilərinizlə necə rahat ünsiyyətə girə biləcəyiniz haqqında məlumatları təqdim edir:

Niyə işçilər danışmaqdan çəkinir?

Bir iş yerində işçilərin menecerləri ilə, menecerlərin isə rəhbərləri ilə açıq danışmaqdan çəkinməsi və özlərini qapaması çox rast gəlinən bir haldır. Onlar sanki “şübhə etdikdə sakit dayanın” düşünürlər. Danışmaqdan qorxan işçi növləri və səbəblərini belə sıralaya bilərik.

Menecerlə problemini danışmağın təhlükəsiz olmadığını düşünənlər

İşçilərin əksəriyyəti iş görərkən ənənəvi üsullardan kənara çıxmaqdan qorxur. Təəccüblüdür ki, çoxu problemlərini dilə gətirməkdən qorxmur, amma şirkətə həqiqətən fayda verəcək yaradıcı fikirlərini çatdırmaqda tərəddüd edirlər. Çünki onların fikrincə, bir fikir verərək faydasız olmaq riski, gələcəkdə şirkətə fayda vermək ehtimalından daha dəqiq görünür.

Keçmişdə yaşanmış pis təcrübələr

İşçilər əvvəldə açıq olsalar da, sonradan menecerləri və ya müdirləri tərəfindən gördükləri pis davranışlar səbəbindən özünə inamları zədələnə bilər və tamamilə qapanarlar. Belə hallarda işçilər, iş yerindəki böyük problemlər və ya mühüm layihələr barədə belə ünsiyyət qurmaqda çətinlik çəkirlər.

İşlərini itirməkdən qorxanlar

Bəzi işçilər iş yeri ilə bağlı mədəni stereotiplərlə məhdudlaşır. Çoxu problemlərini yüksək vəzifəlilərə şikayət etməyərək təhlükəsiz yerdə qalır və şirkətdə daha uzun müddət işləməyi təmin edir. Daha əvvəl çəkinmədən danışan və ertəsi gün işini itirən birini görmüş ola bilərlər. Buna görə, işlərini qorumaq üçün qapalı qalmağı seçirlər.

Sahiblənmə mədəniyyətinin olmaması

İnsanlar yalnız sahib olduqları şeyləri və ya yaxın hiss etdikləri insanları önəmsəyir. Bu, işçilər üçün də keçərlidir. Çox vaxt layihənin müəyyən bir şəxsə aid olduğunu və təkliflərinin həmin şəxs tərəfindən qəbul edilməyəcəyini düşünürlər. Bu səbəbdən, rədd edilməmək üçün qarışmırlar. Üstəlik, məsələnin müəyyən bir şəxsin problemi olduğunu düşündükləri üçün məsuliyyəti üzərinə götürmürlər.

İşçilərinizin sizi dinləməsi üçün necə ünsiyyət qurmalı?

Hörmətli olun

Sizinlə necə danışılmasını istəyirsinizsə, işçilərinizlə də elə danışın. Hörmət qazanılır, verilmir. Buna görə, işçilərinizin mövqeləri barədə rahat olmalarını təmin etmək üçün onlara hörmət göstərin. Bu, onların açılmasına və sizinlə ünsiyyət qurmasına kömək edəcək.

Diqqətli olun

İşçilərinizlə danışarkən aktiv dinləyici olmaq çox önəmlidir. Onların dediklərinə diqqətlə yanaşsanız, sizə daha çox qulaq asarlar. Bu, həmişə qarşılıqlı bir prosesdir. Aktiv dinləyici hər zaman daha yaxşı bir danışan və problem həll edicisidir.

Müxtəlifliyi təmin edin

Bəzən müdirin hər şeyi açıq danışması, iş mühitində və ya başqa çoxlu işçilər arasında çətin olur. Buna görə, işçilərlə danışmaq üçün həmişə fərqli imkanlar yaratmaq lazımdır. Uyğunsuz bir şey deməkdən qorxmaq və aşağılanmaq, işçi ilə ünsiyyətin çətin olmasının əsas səbəblərindəndir. Üzbəüz söhbətlər və kafe kimi qeyri-rəsmi yerlərdə problemləri müzakirə etmək yaxşı həll yollarıdır.

Komandanı idarə edəcək şəxslər seçin

Komanda çox böyükdürsə, bütün komandaya hər hansı problemi çatışma yaratmadan izah etmək çətindir. Hər iş yerində digər işçilər tərəfindən ağıllı sayılan bir yönləndirici olur. Ağıllı bir rəhbər və ya menecersinizsə, bu təsirli şəxsi asanlıqla müəyyən edə bilərsiniz. Ona izah edin və inandırın, beləliklə bütün komanda eyni mövqedə olma ehtiyacı hiss edəcək.

Həqiqətən maraqlı olun

İşçilərlə görüşdə onlara sağlamlıqları və ofisdə hər hansı bir problem yaşayıb-yaşamadıqlarını soruşmaq üçün bir neçə dəqiqə ayırın. Bu, yalnız patron olaraq deyil, insan olaraq da onların həyatlarına həqiqətən maraq göstərdiyinizi hiss etdirəcək.

“Danışıq” toplantıları təşkil edin

İşçilərinizlə yalnız yaradıcı ideyaları, problemləri və şikayətləri müzakirə etmək üçün xüsusi toplantılar keçirin. Bu toplantılarda layihələrlə bağlı olmayan hər şey haqqında danışın. Komanda ruhunu artıran fəaliyyətləri müzakirə edə və təkliflərini qiymətləndirə bilərsiniz. İşlə bağlı mövzuları bu toplantılarda müzakirə etməyin.

Bu, birlik hissi yaradır və sizi rəhbər olaraq daha çox sevmələrini təmin edir.

Minnətdarlığınızı bildirin

İşçilərinizə hər gün bir neçə xoş söz deyin. Gördükləri bir işdən məmnun qaldığınızda bunu gizlətməyin. Onlara açıq şəkildə təşəkkür edin. Onları hamının qarşısında tərifləyin və özlərini dəyərli hiss etdirin.

Danışarkən təhqir etməyin

Heç kim təhqiri yüngül qəbul etmir. İşçiləriniz sizə təhqir etməsə də, onların qarşısında sərt danışmaq sizin standartlarınızı aşağı salır. Onlara olan hörməti itirməyinizə səbəb ola bilər. Həmişə nəzakətli olun. Hər hansı bir şeydən narazısınızsa, sakitcə izah edin ki, eyni səhvi təkrar etməsinlər.

Danışığınıza yumor əlavə edin

Heç bir işçi darıxdırıcı dərsləri sevmir. Rəhbər və işçi arasında həmişə bir məsafə var. Bununla başa çıxmağın ən asan yolu danışığınıza yumor əlavə etməkdir. Həmişə layihənin ciddiyyətini və ya son tarixləri vurğulayıb onları qorxutmayın. Çünki onsuz da kifayət qədər streslidirlər. Yumor sizi daha yaxınlaşdırır və işçilər dediyiniz hər şeyə diqqət edirlər.

Suallarınızı açıq verin

Suallarınızda çox dəqiq olmayın. Yalnız “bəli” və ya “xeyr” cavabı verilən suallar soruşmayın. Məsələn, “fayllar hazırdırmı?” deməyin. Bunun əvəzinə “layihə necə gedir?” deyə soruşun. Bu yolla, yalnız “bəli” və ya “xeyr” cavabından daha çox məlumat əldə edə bilərsiniz.

Hər şeydə səhv axtarmayın

Bir rəhbər və ya menecer olaraq işçilərinizdən bir neçə il daha çox təcrübəyə sahib ola bilərsiniz və hər şeyi necə düzgün etmək lazım olduğunu bilirsiniz. Amma işçilərin bunu bilməsi vacib deyil. Yalnız böyük səhvlərə reaksiya verin, xırda tənqidləri görməməzliyə vurun. Kiçik xətalara görə işçiləri həddindən artıq tənqid etməyin. Öz səhvlərindən dərs almalarına imkan yaradın.

Peşəkarlıq haqqında necə danışmaq olar?

Peşəkarlıq haqqında danışmaq ən vacib məqamlardan biridir. Peşəkarlıq iş yerində çox önəmlidir və bütün işçilərin bunu rəhbərlik olmadan anlamasının zəmanəti yoxdur. Bu, iş yerində necə geyinmək, davranmaq və danışmaq lazım olduğunu müəyyən edir. Peşəkarlıq yuxarıdan başlamalı və aşağıya qədər davam etməlidir. İşçilərin nümunə götürməsi üçün ilk növbədə patron və menecerlər peşəkarlığı nümayiş etdirməlidir.

Bir rəhbər olaraq danışmaq və işçilərinizi danışmağa təşviq etmək, bu prinsipləri yadınızda saxlasanız, asan prosesdir. Maneələri aradan qaldırmaq, təklif qutuları qoymaq və ya şikayət mərkəzi yaratmaq yeganə yol deyil. İşçilərin özlərini güvəndə hiss etmələrini təmin etdikdə və diktator patron əvəzinə dost yanaşması göstərdiyinizdə, söhbətləriniz daha təbii olacaq.

Unutmayın ki, işçilər arasında əməkdaşlığı təmin etmək şirkətiniz üçün düzgün insanları seçmək qədər önəmlidir. Bir sözlə, əməkdaşlıq şirkətinizin hərəkətverici qüvvəsidir. Yüksək vəzifəli menecer Sandra Swinney deyir: “Təqdir edilmə qorxusu olmadıqda işçilərin nələr bacardığını görmək heyrətamizdir”. Siz də menecer olaraq bu hissi yaşamaq istəyirsinizsə, işçilərinizin şirkətlə bir bədən kimi hərəkət etməsini təmin edin və şirkətinizin gələcəyi barədə narahat olmayın.

Günay

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...