İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... - Ekspert açıqladı

Redaktor

28.03.2025 14:00
1,144

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... - Ekspert açıqladı

Şirkət iş elanı paylaşır. Bəzi namizədlər şirkətin tələblərini oxuyur və müraciət edirlər. Namizədlər düşünür ki, bütün tələblərə uyğundurlar, amma işə qəbul olunmurlar. İş görüşməsinə gedərkən buraxılan səhvlər nələrdir? İş görüşməsinə getməmişdən əvvəl nələrə diqqət etməliyik?

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirdi ki, normalda iş elanı paylaşanda, bütün tələb və öhdəliklər qeyd olunur. Sadəcə yazı qabiliyyətimiz nə qədər güclü olsa da, sözləri, fikirləri tam iş elanının içərisinə yerləşdirmək olmur: "Burada iş axtaran zaman namizədlərin seçib-seçilməməyi ilə bağlı hər iki tərəfdə qarşılıqlı anlaşılmazlıqlar ola bilər. Məsələn, işə götürən tərəfdən bu anlaşılmazlıqlar o zaman yaranır ki, onların əksəriyyəti işə qəbul şöbələrində təcrübə proqramı müddətində könüllülük fəaliyyəti ilə məşğul olan işə qəbul üzrə mütəxəssislər olur. Onlar CV-ni mükəmməl şəkildə qiymətləndirə bilmirlər. Bu zaman namizəd uyğun olsa da, seçilməmək kimi ehtimal yaranır". 

CV işə qəbulun bir parçasıdır 

Mütəxəssisin fikrincə, CV-nin necə hazırlanması da işə qəbulda önəmli rol oynaya bilər: “İndi CV-lər süni intellekt əsasında yoxlanılır. Bütün məlumatlar şirkətə gəlib toplandıqdan sonra süni intellektin bazasına yerləşdirilir və ən uyğun CV-lər onun içindən seçilir. Bəzən olur ki, namizəd CV-də göstərdiyi bacarığı səhv qeyd edir və bu zaman avtomatik müsahibəyə dəvət alır və keçilməmək səbəblərindən biri bu olur. Məsələn, elanda paylaşılır ki, hər hənsı bir tələb 100% lazımdır. Namizədlər müəyyən qədər biliyə arxalanaraq CV göndərirlər. Müsahibə dövründə peşəkar İşə qəbul üzrə mütəxəssisilə görüşdükdə bacarıqları yoxlanılır, qane olunmadıqda işə qəbul olunma alınmır”.

İş axtarının və şirkətin dəyərləri üst-üstə düşməlidir

Mütəxəssis deyir ki, iş axtaranların təkcə dil biliyi, təcrübəsi, hər hansı işi bacarması şirkətləri qane etmir: “İş axtaranın dəyərləri ilə şirkətin dəyərləri üst-üstə düşməlidir. Məsələn, iş axtaran dindar bir insandır, amma müraciət etdiyi şirkət içki istehsalı ilə məşğuldur. İş axtaran əvvəl şirkəti araşdırmır, sadəcə müraciət edir. Burada bütün tələblər üst-üstə düşsə də, dəyərlər məsələsi önə çıxır. Həmin dəyərlər üst-üstə düşmədiyinə görə alınmır. Əlavə nümunə gətirsək, yuyucu vasitələri istehsal edən bir şirkətə yuyucu vasitələrinə allergiyası olan birinin işə müraciəti düzgün olmaz. Yəni, namizəd istəsə belə həmin şirkətdə işləyə bilməz. Namizədin bilik və bacarıqları üst-üstə düşsə də, dəyərlər ortaq olmadıqca alınmama ehtimalı çoxalır. Ona görə də müraciət edəcəyiniz şirkəti araşdırmalısınız”.

Geyiminiz işinizi yansıtmalıdır

Mütəxəssis düşünür ki, iş görüşmələrində vacib faktorlardan biri geyim qaydasıdır: “Bütün iş görüşmələrində klassik geyinmək mütləq deyil. Burada önəmli olan geyimin, tərzin axtardığınız işi yansıtmasıdır. Məsələn, marketinq sahəsində çalışanın yaradıcı geyim tərzi olmalıdır. Mühasib, ofis meneceri işi üçün müraciət edirsinizsə, ciddi klassik geyimə, sadə makiyaja üstünlük verilməlidir. Bir digər vacib faktor isə namizədlərin müsahibəyə gecikməsidir. Namizədlər iş görüşməsinə müəyyən vaxt aralığında dəvət olunurlar. Ona görə də əvvəlcədən gedəcəyi yeri, lokasiyanı öyrənməlidirlər ki, müsahibəyə gecikməsinlər. Çünki gecikmək işə qəbul edən tərəfdə mənfi fikir yaradır”.

100/100 seçilmək istəyirsinizsə...

A.Həsənov qeyd etdi ki, müasir dövrdə elanda qeyd olunan tələblər, bacarıqlar bizdə olsa da, bütün öhdəlikləri ödəyə bilsək də, seçilməmə şansımız daima var: “Çünki hər gün texnologiya inkişaf edir. Yeni biliklər meydana çıxır və bizdən yeni bacarıqlar tələb olunur. Əgər iş görüşündə 100/100 seçilmək istəyirsinizsə, müraciət etdiyiniz işdən, işin tələb etdiyi bacarıqlardan bir pillə artıq bacarıq və biliyiniz olmalıdır. Məsələn, sizdən “Word” proqramında işləmək tələb olunursa, “Excel”də də işləməyi bacarmalısınız. Təkcə işin tələblərinə uyğun namizəd olmaq kifayət etmir, burada şirkətə müəyyən bir qatqı verməlisiniz. Bilikləriniz nə qədər çoxdursa, həmin şirkətə nə qədər dəyər qata biləcəksinizsə, o şirkəti nə qədər inkişaf etdirə biləcəksinizsə, seçilmə ehtimalınız o zaman yaranacaq. Sadəcə tələbləri ödəmək xüsusi bir üstünlük vermir".

Sərvanə Rəmixanova

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... - Ekspert açıqladı

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Məzənnə

Yüklənir...