İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

Redaktor

25.04.2025 17:42
185

İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

"Optimal Elektronika" MMC-dən 22 min manatlıq məhsul alan müştəri məhkəməyə üz tutmalı olub. 

F.D. adlı şəxs "Optimal Elektronika" MMC-nin "28 May" filalından 20679.90 manat məbləğində 1 ədəd "Bosch VBC514CR0" markalı duxovka ankast, 1 ədəd "Bosch PCR9A5B90M" markalı qaz üstü, 1 ədəd "Bosch PRA3A6D70" markalı qaz üstü, 1 ədəd "Bosch CTL636ES1" markalı kofevarka, "Bosch BİC630NS1" markalı sıcaqtutma çəkməcəsi, "Bosch HSG656XS1" markalı duxovka, 1 ədəd "Bosch BEL634GS1" markalı mikrodalğalı soba, 1 ədəd "BOSCH WTW85461BY" markalı paltarqurudan və 1 ədəd "Bosch WAY32862ME" markalı paltaryuyan elektrik avadanlıqları alıb. 

Tərəflər müştərinin mənzilində təmir işləri görüldüyündən və həmçinin həyat yoldaşı ilə ABŞ-a getdiyi görə saxlanc pulunu ödəmək şərtilə həmin məhsulları MMC-nin anbarında saxlamaq barədə razılaşıblar. F.D. alınan əşyaların müvəqqəti saxlanc pulunu ödəyəcəyini bildirib və işləri bitdikdən sonra MMC-dən həmin məhsulları mənzilinə gətirib təhvil verməyi istəyib. 

2024-cü ildə ABŞ-dan ölkəyə qayıdan F.D. cavabdeh MMC-nin "28 May" şöbəsinə gedərək saxlanc pulunu ödəmək şərtilə aldığı əşyaları təhvil almaq istədikdə mağazanın bağlandığını, şirkətin satıldığını öyrənib.  Əlaqə üçün ona verilən mobil telefona zəng etsə də, zənglərinə cavab verilməyib. 

Nəticədə şikayətçi şəxs məhkəməyə müraciət etməli olub. O, MMC tərəfindən əşyaların və ya onlar üçün ödənilən pulunn geri qaytarılmaması barədə iddia qaldırıb. Müştəri bildirib ki, problemlə bağlı "Optimal Elektronika" MMC-nin sabiq direktoru Əhəd Əsgərova məktub ünvanlasa da. aldığı cavab onu qane etməyib. 

Məhkəmə müştərinin MMC-yə qarşı "alqı-satqı müqaviləsinin predmeti olan əşyaların və ya əşyaların tam dəyəri qismində 20679.90 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi" tələbinə dair iddiasını təmin edib. Vəsaitin Əhəd Əsgərov tərəfindən ödənilməsi qət edilib. Müştəri MMC-nin 37 ay ərzində 4,70 kv metrlik anbarında saxladığı məhsullara görə 5736,15 manat icarə haqqı verəcək.

Qeyd edək ki, iş adamı Əhəd Əsgərova məxsus "Optimal Elektronika" mağazalar şəbəkəsi Gürcüstanın "Elit Elektroniks" şirkətinə satılıb. 

©Qaynarinfo

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu

17.03.2026

Məzənnə

Yüklənir...