İmtahansız tələbə olan bacı-qardaşın hekayəsi - “Bacım çox çalışırdı, mən o qədər yox...”

Redaktor

26.08.2025 17:25
247

İmtahansız tələbə olan bacı-qardaşın hekayəsi - “Bacım çox çalışırdı, mən o qədər yox...”

Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Məlahət və Əliyyiəkbər Şirinlilər bu il heç bir imtahan vermədən ölkənin ən nüfuzlu universitetlərinə qəbul olublar. 

Belə ki, Respublika Fənn Olimpiadasının bürünc medalçısı Məlahət Şirinli Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına, qardaşı Respublika Fənn Olimpiadasının ikiqat bürünc medalçısı, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısı Əliyyiəkbər Şirinli isə ADA Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ailədə iki uşaq olduqlarını deyən Əliyyiəkbər saytımıza açıqlamasında qeyd edib ki, bacısı ondan bir yaş böyükdür. Məlahət 12-ci sinfi ABŞ-nin Texas ştatında oxuduğu üçün onlar ikisi də bu il universitetə qəbul olublar. 

Məlahət bildirib ki, o, ilk dəfə 10-cu sinifdə oxuyarkən Kimya Fənn Olimpiadasından bürünc medal qazanıb: “11-ci sinfin buraxılış imtahanından 292 bal toplayaraq məktəbi “Qızıl döş nişanı” ilə bitirmişəm. Həmin vaxt IV qrupa hazırlaşırdım. Qəbul imtahanında 627 bal toplamışdım. Lakin mən bundan imtina etdim və Amerikada 12-ci sinfi oxumağa getdim. Oradan qayıdandan sonra isə mənim fikirlərim tamamilə dəyişdi və kimya sahəsini seçdim. Məktəb illərindən kimyaya marağım var idi. Amma Amerikadakı təhsilimin, orada tanış olduğum mütəxəssislərin də burada rolu çox oldu. Məhz elə buna görə də BANM-i seçdim. Gələcəkdə isə təhsilimi xaricdə davam etmək istərəm”.

Onların hər ikisi olimpiadalarda bürünc medal əldə etsələr də, əslində tamamilə fərqli şəkildə hazırlıq proqramları olub.

Əliyyiəkbər deyir ki, bu yolunda ona işıq saçan elə bacısı olub: “Mən ilk dəfə elə bacımdan ilhamlandım. Düşündüm o bacarırsa, eyni ailədən çıxmışıq, mən də bacararam. Bacım çox dəstək oldu. “Online” olimpiadalarda iştirak edirdik və uğur qazanmayanda ruhdan düşürdüm, lakin bacım məni həvəsləndirirdi. Biz heç vaxt dərsləri birlikdə hazırlaya bilməmişik. Çünki hazırlıq proqramımız tamamilə başqa idi. Seçdiyimiz sahə də, hədəflərimiz də fərqlidir. Buna görə də fərqli universitetlər seçmişik. Bacım kimya sahəsini sevir və onu seçib. Bu ixtisas ADA universitetində yox idi. Onun planları adətən xariclə bağlıdır. Təhsilini xaricdə davam etdirmək istəyir. Məndə isə əksinə, Azərbaycanda olimpiada sahəsində nələrsə etmək istəyirəm”. 

Amma bu yol heç də asan olmayıb: “9-cu sinifdə oxuyurdum və ilk dəfə məktəbimizin direktoru mənim adımı olimpiadaya yazmışdı. Düzü, mənim bir o qədər marağım yox idi. Amma sırf direktorumuz yazmışdı deyə iştirak etmək qərarına gəldim. Hazırlıqsız olmağıma baxmayaraq, necə oldusa, birinci turdan keçdim. Amma yarımfinalda məğlub oldum. Sonra düşündüm ki, əgər ciddi hazırlaşsam və bütün diqqətimi bura yönəltsəm, çox da uğurlu olimpiadaçı ola bilərəm. 10-11-ci siniflərdə oxuyarkən bəzi problemlərə görə bir neçə dəfə məktəblərimi dəyişməli də oldum. Amma bütün bunlar mənə təsir etmədi. Qərar verdim ki, heç bir imtahandan asılı qalmamalıyam və hansısa testləri əzbərləməməliyəm. Bu artıq elə bir səviyyəyə gəlib çıxmışdı ki, günümün 7-8 saatını bir sualın cavabını tapmaq üçün sərf edirdim. 11-ci sinifdə oxuyarkən heç gözləmədiyimiz bir şey oldu. İlk dəfə Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında azərbaycanlı məktəblilər olaraq yüksək nəticə əldə etdik. Mən orada bürünc medal əldə etdim”.  

Son iki ildə isə Əliyyiəkbər heç bir hazırlığa getməyib: “8-9-cu siniflərdə oxuyarkən mən də hazırlıqlara getmişəm. Lakin olimpiadalara yönləndikdən sonra buna ehtiyac olmadı. Sadəcə mənə yol göstərildi və mən o yolla getdim. İnternetdə açıq mənbələr çoxdur. İngilis dilində axtarış etdikdə bununla bağlı çoxlu məlumatlar əldə etmək olur. Günümü müəyyən hissələrə bölürdüm. Oyandıqdan sonra ilk işim internetə girib proqramlaşdırma haqqında məqalələr oxumaq olurdu. Daha sonra həmin olimpiyadanın mövzularını öyrənirdim. Axşamlar isə artıq praktika edirdim. Bu strategiya ilə 10-cu sinifdə davamlı olaraq çalışdım. Bu il verilən imtahanlardan sadəcə buraxılış imtahanında iştirak etdim. İki il ərzində heç bir hazırlığa getməmişdim, buna görə də 212 bal topladım”. 

Bacı-qardaş hər zaman bir-birindən ilham alıb. Amma onlara dəstək olan, hər uğurlarına inanan isə ailəsi olub: “Ailəmiz bizə hər zaman dəstək olub. Bacım çox əzmlə çalışırdı. Mən isə onun qədər deyil. Buna görə ailəmiz bir qədər narahat idi ki, birdən medal qazanmasam, necə olar?! Amma sonra bütün bu düşüncələr də yox oldu. Hər zaman arxamızda oldular”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...