İlon Maskın işçilərini ixtisar etməsinə səbəb olan rejim – Çinlilərin “9-9-6 iş rejimi necə işləyir?”

Redaktor

06.08.2025 10:45
334

İlon Maskın işçilərini ixtisar etməsinə səbəb olan rejim – Çinlilərin “9-9-6 iş rejimi necə işləyir?”

Tenologiya sahəsində Çinin nə qədər üstün olduğu və innovasiyalara malik olduğu hamımıza aydındır. Bundan başqa, bu ölkədə iş qrafiki bir çox ölkələrdə mövcud olan iş rejimlərindən fərqlidir. Qurduqları iş modelinin də onların texnologiya dünyasına təsir etdiyi düşünülür. 

Belə ki, bəzi Amerika texnologiya şirkətləri süni intellekt sahəsində Çin rəqiblərini geridə qoymaq məqsədilə “9-9-6” adlanan iş rejimini tətbiq etməyə başlayıblar.

Valyuta.az xəbər verir ki, bu model işçilərin bazar ertəsindən şənbəyə qədər, səhər saat 9-dan axşam 9-a kimi – gündə 12, həftədə 72 saat işləməsini nəzərdə tutur.

“Inc.” jurnalında yayımlanan məqalədə qeyd olunur ki, bəzi süni intellekt startapları bu modeli məhsuldarlığı artırmaq üçün tətbiq etsələr də, tədqiqatlar bunun əksini göstərir. Uzun iş saatları əksinə, işçilərdə tükənmişlik, zehni yorğunluq və motivasiya itkisinə səbəb olur. Bu da innovasiya və yaradıcı yanaşmalar üçün ciddi maneəyə çevrilir.

“Betterworks” şirkətində təşkilati psixoloq Keytlində Kollins hesab edir ki, belə ekstremal qrafiklər məhsuldarlığı artırmaq əvəzinə zəiflədir: “9-dan 9-a, 6 gün işləmək innovasiya gətirmir. Əksinə, tükənmişlik və uzaqlaşma yaradır. Bu da süni intellekt sektorunun əsas ehtiyacı olan yaradıcılığı zədələyir”.

Məqalədə “Tesla”nın rəhbəri İlon Maskın da bu cür iş rejimini dəstəkləməsi qeyd olunur. O, Çin əməkdaşlarını gecə saat 3-ə qədər işlədiklərinə görə tərifləyib, amerikalıları isə işdən yayınmaqda ittiham etmişdi. Həmin il o, uzaqdan işləmə rejiminə son verərək şirkət işçilərinin yarısını ixtisar etmişdi.

Digər tərəfdən, yeni nəsil – Z nəsli bu yanaşmaya qarşı çıxır. Onlar iş və şəxsi həyat arasında tarazlığın qorunmasını zəruri sayır, tükənməni qəhrəmanlıq kimi görməyən yanaşmanı müdafiə edirlər. Gənc işçilər daha çevik, məqsəd yönümlü və insan mərkəzli iş modelləri tələb edirlər.

2030-cu ilə qədər ABŞ-də işçi qüvvəsinin əksəriyyətini təşkil edəcəyi gözlənilən Z nəsli, iş mühitində aşağıdakı dəyişikləri təşviq edir:

Psixi sağlamlıq və rifahın prioritet sayılması

Uzaqdan və hibrid iş imkanlarının genişlənməsi

Məqsəd yönümlü və şəxsi dəyərlərə uyğun işlərin seçilməsi

Texnologiyadan balanslı istifadə

Şəxsi vaxta və fasilələrə hörmət edən mədəniyyət

Əməkdaşlıq və dəstəyə əsaslanan kollektiv münasibətlər

“Wrike” şirkətinin marketinq direktoru Kristina Royston bu dəyişiklərin sadəcə nəsil fərqi deyil, iş dünyasında qalıcı transformasiyanın göstəricisi olduğunu bildirir.

Nəticə etibarilə, mütəxəssislər hesab edir ki, iş məhsuldarlığı insan sağlamlığı və rifahı ilə ziddiyyət təşkil etməməlidir. Şirkətlər üçün əsas çağırış həm mənfəəti, həm də insan dəyərlərini qoruyan balanslı iş mədəniyyəti formalaşdırmaqdır. “9-9-6” modeli isə bu məqsədə xidmət etmir, əksinə insanı robotlaşdırır.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...