Redaktor
İlon Mask “OpenAI”yə nəzarət planına Mark Zukerberqi cəlb etməyə çalışıb
ABŞ-ın Şimali Kaliforniya federal məhkəməsinə təqdim olunan sənədlərə görə, İlon Mask bu ilin əvvəlində “OpenAI”yə nəzarəti ələ keçirmək üçün irəli sürdüyü 97,4 milyard dollarlıq təklifə “Meta”nın rəhbəri Mark Zukerberqi də cəlb etməyə cəhd edib.
Valyuta.az xəbər verir ki, nə Zukerberq, nə də “Meta” bu təklifə qoşulmayıb və Maskın niyyət məktubunu imzalamayıb.
“OpenAI” bu məlumatları davam edən məhkəmə çəkişməsi çərçivəsində açıqlayıb və məhkəmədən “Meta”nın Maskla bağlı yazışmalarını təqdim etməsini tələb edib. “Meta” isə bu sənədlərin iş üçün əhəmiyyət daşımadığını bildirib.
Mask ötən il “OpenAI” və baş direktor Sem Altmanı məhkəməyə verərək, qurumun mənfəət yönümlü modelə keçməklə ilkin “bəşəriyyətin xeyrinə açıq mənbəli AGI” məqsədindən uzaqlaşdığını iddia edib. “OpenAI” isə Maskın 2017-ci ildə kommersiya modelinə keçidi dəstəklədiyini və rəhbərliyi ələ almağa çalışdığını bildirib.
Fevral ayında Mask və investor qrupu “OpenAI”yə nəzarət edən qeyri-kommersiya qurumunu almaq üçün 97,4 milyard dollarlıq təklif versə də, bu təklif dərhal rədd olunub. Şirkət Maskın bu addımının onun hüquqi iddiası ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
“Forbes”in məlumatına əsasən, Maskın sərvəti 407,9 milyard dollar, Zukerberqin sərvəti isə 254,9 milyard dollardır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025