İlk sosial şəbəkənin hekayəsi: "Six Degrees" necə yarandı?

Redaktor

09.09.2025 22:53
222

İlk sosial şəbəkənin hekayəsi: "Six Degrees" necə yarandı?

Dünyada 4,95 milyarddan çox insan sosial şəbəkələrdən aktiv istifadə edir. Artıq sosial media sadəcə gündəlik həyatın bir hissəsi deyil, həyatın özüdür – dostluqlarımızdan qlobal trendlərə qədər hər şey bu rəqəmsal mühitdə formalaşır.

Uzun illərdir yeni platformalar yaranır, bəziləri isə tarixə qovuşur. Bəs ilk sosial şəbəkənin əsası necə qoyuldu, onu kim yaratdı və bu addım texnologiya tarixində nələri dəyişdi?

İlk sosial şəbəkənin doğuluşu

1997-ci ildə Nyu-Yorklu sahibkar Endryu Vaynrix (Andrew Weinreich) tərəfindən yaradılan “Six Degrees” sosial medianın başlanğıcı hesab olunur. Platforma istifadəçilərə profil yaratmaq, dostluq əlaqələri qurmaq və tanış çevrəsini izləmək imkanı verirdi.

Bu platforma qısa müddətdə 3 milyona yaxın istifadəçi toplasa da, kommersiya baxımından uğurlu olmadı. İnfrastrukturun bahalılığı, reklam bazarının zəif inkişafı və insanların internetdən hələ geniş istifadə etməməsi səbəbindən 2001-ci ildə bağlanmalı oldu. Ancaq ən diqqətçəkən məqam odur ki, “Six Degrees” 1999-cu ildə “YouthStream Media Networks” şirkətinə 125 milyon ABŞ dollarına satıldı. Bu, həmin dövr üçün sosial şəbəkələrin nə qədər perspektivli sayıldığının göstəricisi hesab olunur. Bununla belə, “Six Degrees” tarixdə ilk sosial şəbəkə kimi qaldı və sonradan yaranan bütün platformalara – “Friendster”, “MySpace”, “Facebook” və digərlərinə ilham verdi.

Friendster: İlk böyük dalğa

2002-ci ildə istifadəyə verilən “Friendster” qısa zamanda milyonlarla istifadəçi topladı. Burada insanlar dostlarını əlavə edə, foto və məlumat paylaşa, oyunlardan istifadə edə bilirdilər. Ancaq tez-tez yaşanan texniki problemlər, səhifələrin yavaş açılması və yeni platformaların ortaya çıxması “Friendster”in geriləməsinə səbəb oldu. Daha sonra rebrendinq cəhdlərinə baxmayaraq, platforma 2015-ci ildə tamamilə fəaliyyətini dayandırdı.

“MySpace”: Musiqi və yaradıcılığın məkanı olan platforma

2003-cü ildə yaradılan “MySpace” sosial medianın tarixində inqilab hesab olunur. İstifadəçilərə profillərini musiqi, qrafiklər və fərqli dizaynlarla fərdiləşdirmək imkanı verirdi. Bu xüsusiyyət “MySpace”i xüsusilə gənclər və musiqiçilər arasında populyar etdi. Bir çox müğənni və qruplar məhz “MySpace” üzərindən geniş auditoriyaya çatmağa nail oldular. Lakin sadə interfeysə malik “Facebook”un sürətlə böyüməsi nəticəsində “MySpace”in populyarlığı zəiflədi. 2011-ci ildə “Justin Timberlake” və “Specific Media” tərəfindən alındı. Hal-hazırda musiqi yönümlü platforma kimi fəaliyyətini davam etdirsə də,  əvvəlki nüfuzunu itirib.

AOL Chatrooms: Ənənəvi ünsiyyət mərkəzi

1980–90-cı illərdə “AOL Chatrooms” internet istifadəçilərinin ünsiyyət qurması üçün əsas məkana çevrildi. Burada musiqidən siyasətə qədər müxtəlif mövzularda onlayn söhbətlər aparmaq mümkündür. Lakin sosial media platformalarının yüksəlişi və AOL-un zəifləməsi ilə “chatroom”lar tədricən öz aktuallığını itirdi və 2010-cu ildə tamamilə dayandırıldı.

LiveJournal: Bloqçuluğun başlanğıcı

1999-cu ildə yaradılan “LiveJournal” həm bloq platforması, həm də sosial şəbəkə idi. İnsanlar gündəliklərini, şəxsi fikirlərini yazır, müxtəlif mövzularda icmalar yaradaraq müzakirələr aparırdılar. 2000-ci illərin əvvəllərində xüsusilə gənclər arasında məşhur idi. Sonradan “Facebook” kimi platformaların ortaya çıxması ilə populyarlığı azaldı. Hazırda fəaliyyət göstərsə də, əvvəlki gücünü çoxdan itirib.

Meetup: Virtualdan reallığa

2002-ci ildə istifadəyə verilən “Meetup” digər sosial şəbəkələrdən fərqli olaraq, insanları real həyatda görüşdürməyi hədəfləmişdi. İstifadəçilər maraqlarına uyğun qruplar yaradır, tədbirlər təşkil edir və icmalarda iştirak edirdilər. Hətta bu gün də “Meetup” yerli icmalar üçün geniş istifadə olunur.

LinkedIn: Peşəkarların şəbəkəsi

2003-cü ildə istifadəyə verilən “LinkedIn” sosial medianın peşəkar istiqamətini formalaşdırdı. İstifadəçilər burada təcrübələrini, bacarıqlarını və təhsil məlumatlarını əlavə edə bilir, iş axtara və karyera şəbəkəsini genişləndirə bilirdilər. İllər ərzində “LinkedIn” öz mövqeyini qorudu və hazırda 700 milyon nəfərdən çox istifadəçisi ilə dünyanın ən böyük peşəkar şəbəkəsidir.

Facebook: Oyunun qaydalarını dəyişən platforma

2004-cü ildə Mark Zukerberq və həmkarları tərəfindən yaradılan “Facebook” əvvəlcə yalnız universitet tələbələri üçün nəzərdə tutulmuşdu. Tezliklə bütün ictimaiyyətə açıldı və qısa müddətdə ən populyar sosial şəbəkəyə çevrildi. “Facebook”un təmiz interfeysi, real ad siyasəti və “News Feed” kimi yenilikləri bu platformanı sosial medianın lideri etdi. Milyardlarla aktiv istifadəçisi ilə bu gün də gücünü qoruyur.

Twitter → X: Anlıq paylaşımların mərkəzi

2006-cı ildə istifadəyə verilən Twitter 140 simvolluq paylaşımlarla mikroblog formatını dünyaya tanıtdı. Xəbərlərin, canlı tədbirlərin və qlobal müzakirələrin əsas platformasına çevrildi. 2022-ci ildə Elon Musk tərəfindən alınaraq X adı ilə rebrendinq edildi.

Göründüyü kimi, “Six Degrees”dən başlayaraq "MySpace" və "Facebook"un yüksəlişinə qədər ilk sosial şəbəkələr insan əlaqələrinin tarixində yeni səhifə açıb. Onların bəziləri artıq mövcud olmasa da, hamısı bugünkü sosial media nəhənglərinin formalaşmasına təsir göstərdi.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...